Ərdoğan sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Hökuməti ilə Azərbaycan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişi təsdiqləyib.

SİA-nın xəbərinə görə, bu barədə qərar "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, Saziş 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə