Erməni KİV: “Azərbaycanlı deputatlar gücləndirilmiş mühafizəçilərlə təmin olunublar” FOTO

Erməni KİV: “Azərbaycanlı deputatlar gücləndirilmiş mühafizəçilərlə təmin olunublar” FOTO

“Azərbaycanlı deputatlar Avronest komissiyasının iclasının keçirildiyi məkana gücləndirilmiş mühafizəçilərin müşayiəti ilə gediblər”. SİA xəbər verir ki, bu barədə news.am saytı yazır.

“Daha əvvəl bildirildiyi kimi, iclas Kren Dəmirçyanın adını daşıyan binada keçirilir. İclasda iştirak etmək üçün İrəvana iki azərbaycanlı deputatlar gəliblər, onlar Avronest PA-nın nümayəndələri Tahir Mirkişili və Soltan Məmmədovdur”, erməni saytı yazır.

Ötən gün isə deputatlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Eyni zamanda, ölkədəki revanşist qüvvələr azərbaycanlı deputatların İrəvana getmələrinə qarşı etiraz aksiyaları keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə