“Hakimiyyət Qarabağın Azərbaycana məxsus olduğunu faktiki olaraq dəstəkləyib” Andranik Tevanyan
“Bu gün biz möbvud hakimiyyət tərəfindən utanc və rüsvayçı siyasi qərarın verilməsinin şahidləri olduq. Bunun bizim üçün gözlənilməz olduğunu desək, yalan danışmış olarıq, lakin mən ehtimal etmirdim ki, hakim partiya açıq və aydın türkpərəst siyasəti dəstəkləyə bilər”. SİA xəbər verir ki, news.am Ermənistan parlamentinin müxalifətçi “Hayastan” blokunun deputatı Andranik Tevanyanın jurnalistlərə verdiyi açıqlamasını yazıb.
Onun sözlərinə görə, fevralın 23-də, saat 12:00-da parlamentin növbədənkənar iclasının keçirilməsi gözlənilirdi. Belə ki, iclasda Türikiyə və Azərbaycan parlamentlərinin Şuşa Bəyannaməsini ratifikasiya etdikləri sənədlə bağlı müxalifətin hazırladığı bəyanat layihəsi müzakirə olunacaqdı.
“Lakin bu gün fəaliyyətdə olan hakimiyyətin yanaşmasından sonra hesab edirəm ki, parlamentin təyin olunmuş növbədənkənar iclasını pozmağa çalışacaqlar”, deyən erməni müxalifətini təmsil edən deputatın sözlərinə görə, belə çıxır ki, onlar (hakimiyyət-R.R.) məntiqcə Qarabağın Azərbaycana məxsus olduğunu, “erməni soyqırımından” (dırnaqlar bizimdir-R.R) imtinanı, Zəngəzur dəhlizini və azərbaycanlılarla türklərin irəli sürdükləri bütün şərtləri dstəkləyiblər.
Revanşist deputat bütün bunların “sülhyönümlü siyasətin” nəticəsi olduğunu bildirib və ermənilər üçün yeni faciələrə səbəb olacağını deyib.
Xatırladaq ki, Ermənistan parlamentinin xarici münasibətlər komissiyası “Ermənistan” müxalifətçi blokunun Şuşa Bəyannaməsi ilə bağlı Azərbaycan və Türkiyə parlamentlərinin ratifikasiyasını hədəfə alan bəyanat layihəsini rədd edib.
Həmin layihəyə 4 deputat lehinə səs versə də, hakim “Vətəndaş sazişi” partiyasının 6 parlamentarisi bitərəf qalıb. Nəticədə revanşist qüvvələrin tələbləri gündəliyə salınmayacaq.
Qeyd edək ki, Tevanyan sabiq prezidentlər - Robert Koçaryan və Serj Sarqsyan klanlarına yaxınlığı ilə seçilən şəxslərdəndir və xüsusi türkofobiyaçı xarakteri ilə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına da qarşı çıxır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB