Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə paylaşım edib.
SİA-nın məlumatına görə, Azərbaycan XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:
"Bu gün Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Almaniya Federativ Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Almaniya əməkdaşlığının daha da möhkəmlənməsini gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB