Düşmənə dəmir yumruq zərbəsini tətbiq etmək lazımdır - MÜNASİBƏT BİLDİRİLDİ

Düşmənə dəmir yumruq zərbəsini tətbiq etmək lazımdır - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan silahlı qüvvələri tərəfindən Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması ilk dəfə deyil ki baş verir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, bu atəşkəs pozuntuları Şuşa bəyannaməsinin hər iki qardaş ölkənin, yəni Azərbaycan və Türkiyənin parlamentində ratifikasiya edildikdən sonra daha da intensivləşib: “Hesab edirəm ki, bu təxribatların dayanması üçün Azərbaycana qarşı atəş açılan mövqelərin darmadağın edilməsi, zərurət yarandığı təqdirdə isə Azərbaycan ordusunun həmin mövqelərə nəzarətinin təmin edilməsi vacibdir. Yalnız bundan sonra erməni təxribatlarına son verilə bilər. Laçın istiqamətində, xüsusilə Qaragöl ətrafında düşmən fasiləsiz olaraq keçən ilin sonlarına doğru çoxsayda atəşkəs pozuntusuna yol veriblər.

Noyabrın 16-da düşmən ordusuna endirilən sarsıdıcı zərbədən sonra həmin istiqamətlərdə erməni tərəfinin müəyyən qədər sakitləşdiyinin şahidiyik. Ermənistan hərbi siyasi rəhbərliyi ilə güc dili ilə danışdıqda hadisələrə daha real qiymət verirlər. Ona görə lazım olduğu zamanda ordumuzun düşmənə qarşı məhdud miqyasda olsa da dəmir yumruq zərbəsini tətbiq etməsi zərurət yaradır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə