Ermənilər Azərbaycan və Türkiyəyə dövlət kimi hörmət etməlidir, yoxsa... - HƏRBİ EKSPERT AÇIQLADI

Ermənilər Azərbaycan və Türkiyəyə dövlət kimi hörmət etməlidir, yoxsa... - HƏRBİ EKSPERT AÇIQLADI

"Ümumiyyətlə keçən dövr onu göstərir ki, Türkiyə ilə Azərbaycanın xoş niyyətlərinə hələ də Ermənistan səmimi rekasiya vermir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, ərazi iddialarından əl çəkməli, konstitusiyasında dəyişiklik etməlidir: "Bəzi hesablamalara görə, Qarabağ məsələsində 200 milyarda yaxın Azərbaycana maddi zərbə dəyib. Bu zərbənin təzminatını Azərbaycana ödəməlidir. Əgər, maddi cəhətdən gücü çatmırsa, Zəngəzur dəhlizini açmalıdır. Türkmənçay müqaviləsindən sonra ermənilər heç də normal qonşuluq siyasəti həyata keçirmir. Onlar hər zaman işğalçılıq, soyqırım, terrorçuluq siyasəti həyata keçirib. Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən bir dövlətdir. Onlar mütəmadi olaraq Qarabağda atəşkəsi pozurlar. Bundan əlavə onlar həmçinin Türkiyənin və Azərbaycanın siyasətinə qarşı diasporlarından, bəzi dövlətlərdən alət kimi istifadə ediblər. Əgər, bu məsələ birdəfəlik həll olunmasa, Ermənistanın bölgədəki mövcudluğu sual altında olacaq.

Bildiyimiz kimi Ermənistanın şərqi Türkiyə, qərbi isə Azərbaycandır. Bir sözlə, onlar bir daha düşünməlidir. Bu proses sonsuza qədər belə gedə bilməz. Onlar Azərbaycan və Türkiyəyə dövlət kimi hörmət etməlidir, yoxsa müstəqil dövlət kimi yaşaya bilməzlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə