Gənclər Azərbaycanın gələcəyi, ümidi, inam yeridir - MÜNASİBƏT BİLDİRİLDİ
“Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini, xüsusilə Yeni Azərbaycan Partiyasının gənclərini ürəkdən təbrik edirəm". Bu fikirləri SİA-ya açıqlamasında YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib.
Onun sözlərinə görə, Gənclər günü ilə bağlı Fərman Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilin 2 fevral tarixində imzalamışdır. Bu Fərmana əsasən hər il 2 fevral Gənclər günü kimi qeyd edilir və bunun da həm xalqımız üçün, həm də gənclərimiz üçün çox böyük əhəmiyyəti var. Çünki siz gənclər Azərbaycanın gələcəyi, ümidi, inam yerisiniz. Gələcəkdə Azərbaycan müstəqilliyinin qorunması, inkişaf etdirilməsi, Azərbaycanın dünyada tanınması üçün siz gənclərə çox böyük etimadımız var. Biz hər zaman partiya olaraq gənclərin yanındayıq və gənclərə daim dəstək olmağa hazırıq ki, siz gənclər bütün bacarığınızı, gücünüzü Azərbaycan üçün sərf etməkdən səkinməyəsiniz. Azərbaycanın müstəqilliyinin əbədi olması üçün siz gənclərdən çox şey asılıdır. Bu yolda hər bir gəncə uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB