Ermənistan Azərbaycana olan ərazi iddialarından ək çəkməlidir - DEPUTAT ŞƏRH ETDİ

Ermənistan Azərbaycana olan ərazi iddialarından ək çəkməlidir - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident Gəncədə olarkən bir çox sosial, sənaye obyektlərinin açılışını etdi. Eyni zamanda yeni Memorial Kompleksin əsasını qoydu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Gəncədə erməni terroru nəticəsində həlak olanların xatirəsi yad edilib: “Ölkə başçısı öz müsahibəsində bu məsələyə dərin siyasi qiymət verdi. Cənab Prezident Gəncədəki müsahibəsində 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması məsələsini bir daha vurğulayaraq, erməni ordusunun əsl faşist sifətini bir daha açıb göstərdi.

Ermənilər döyüş meydanında uğradıqları məğlubiyyətin qarşılığını mülki şəxslərdən almağa çalışdılar. Bununla da özlərini dünyaya bir daha terrorçu, vəhşi dövlət kimi göstərdilər. Həmin o 44 günlük müharibədə Azərbaycan ordusu, Azərbaycanın hərbçiləri öz sözlərini dedilər. Torpaqlarımızı işğaldan azad edərək 30 il ərzində pozulmuş ədaləti bərqərar etdilər. Bunun müqabilində isə erməni ordusu Gəncə, Tərtər, Ağdam, Ağcabədi kimi şəhərlərimizi raket atəşinə tutdular. Onların atdıqları raketlər Bakı ətrafına, Xızıya da gəlib çatdı.

Hazırda isə Gəncədə Memorial Kompleksin əsası qoyuldu. Azərbaycan Ermənistanın faşist ordusunu çökdürdü. Təkcə Azərbaycan ərazilərini işğaldan azad etmədi, həm də bölgəni və dünyanı baş qaldırmaqda olan erməni faşizmindən xilas etmiş oldu. Eyni zamanda Prezident həm də bütün bəşəriyyətə səslənərək bildirdi ki, dünyada sülh və ədalət olması üçün mütləq bu cür faşist qüvvələrə qarşı birləşmək, mübarizə aparmaq lazımdır. Əlbəttə, Azərbaycan hər zaman sülh və əməkdaşlığa tərəfdaş olub. Azərbaycanın ərazisində də milli, irqi və digər xüsusiyyətlərindən asılı olmayaraq bir çox millətlər yaşayır. Onlar Azərbaycanın qanunları çərçivəsində yaşayıb, fəaliyyət göstərirlər. Qarabağ ərasisində qalmış ermənilərin də hansı istəyərsə Azərbaycanın qanunları daxilində, bu ölkənin konstitusiyasına hörmət çərçivəsində yaşayıb işləyə bilər. Azərbaycan qanunları da o insanlara lazımi təminatları verəcəkdir. Əgər kimsə yenidən terroçu mövqeyində olarsa bu zaman cəzalarını alacaq və Azərbaycan ərazisində yaşamaqdam məhrum olacaqlar. Cənab Prezidentin çıxışındakı əsas məqamlar həm də dünya ictimaiyyətinə yönəlmişdi. Əgər bölgədə biz sülhü, əmin-amanlığı, uzunmüddətli əməkdaşlığı bərpa etmək istəyiriksə mütləq ölkələr arasındakı münasibətləri tənzimləməliyik. Yəni Azərbaycanla Ermənistan qarşılıqlı olaraq biri-birlərinin ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Azərbaycana olan ərazi iddialarından ək çəkməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə