Tarixi Qərbi Zəngəzur torpaqlarımız öz sahiblərini gözləyir!
“Bu siyahı Ermənistanda qanunsuz olaraq dəyişdirilən türk toponimləridir. Məqsəd 1905-1988-ci illər arasında etnik təmizlənmə nəticəsində tarixi vətənlərindən qovulmuş milyonlarla azərbaycanlının xatirələrini, tarixlərini silməkdən ibarət olub”.

SİA xəbər verir ki, bunu @Caucasian_bureau rusdilli Azərbaycan teleqram kanalı yazır. Adiçəkilən kanal digər vətənpərvər teleqram kanalı - @patriot_aze tərəfindən tərtib edilən siyahı təqdim edilir və orada bildirilir: “Misal üçün, ermənilər Zəngibasar mahalını Masis adı ilə dəyişdiriblər. Zəngi çayının kənarında yurd edilən Zəngibasar mahalı XI əsrdə Səlcuqlar imperiyasına məxsus Atabəylər dövlətinin və Zəngidlər dinastiyasının mərkəzlərindən biri olub”, məlumatda vurğulanır.

Basarkeçər rayonunun Zod kəndinin, Göyçə mahalının və gölünün adlarının isə Sotk, Vardenis, Sevan olaraq dəyişdirildiyi və erməniləşdirildiyi bildirilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB