Cənubi Qafqazda "erməni faktoru" artıq qlobal miqyasda hədəfdə olduğu görünür, çünki NATO baş katibinin Rusiyadan tələbi Qərbin separatizmi dəstəkləmədiyi anlamına gəlir. Məhz bu tələb dövlətlərin ərazi bütövlüyünün dəstəklənildiyini açıq-aşkar ortaya qoyur. Azərbaycanın tələb etdiyi təqdirdə Rusiya sülhməralı qüvvələrinin ərazidən dərhal çıxarılması, əks təqdirdə onların sülhməramlı deyil, Azərbaycanın icazəsi olmadan yerləşdirilmiş hərbi kontingent statusu qazanmış olacağı bəyan edilirsə, deməli, sülhməramlılara güvənən ermənilərin ərköyünlüklərinin sonu çatıb.
Qərbin, xüsusən də Amerika Birləşmiş Ştatlarının Rusiya ilə münasibətlərinin pozulduğu, Rusiyaya qarşı sanksiyalarını artırmaq niyyəti, hətta Rusiyanın rəsmi şəkildə bunu təqib və təzyiq adlandırdığı münasibətlər dünyanın gündəmini zəbt edib. Sirr deyil ki, Ukrayna ilə münasibətlər fonunda Rusiyaya qarşı Qərbin tələbləri günü-gündən artmaqdadır və bu qarşıdurmada bir sıra ərazi mübahisələri də aktuallaşdırılıb, hansıki bu, Rusiya üçün arzuolunan deyil. Daha doğrusu, Rusiyanın əl qolunun bağlanması kimi görünür, ona görə ki, artıq münaqişə ocaqlarında sülhməramlı adı altında hərbi kontingentin yerləşdirilməsinə məhdudiyyətləin tətbiqi nəzərdə tutulur. Bu baxımdan, ermənilər heç də ümid edə bilməzlər ki, sülhməramlılar əbədi olaraq onlara ərköyünlükləri üçün imkan yaradacaqlar və onların da separatçılığına göz yumulacaq, əksinə, separatçılıq arzularının belə puç olduğunu ermənilər anlamaq məcburiyyətindədirlər.
Krım yarmadasının Rusiya tərəfindən ilhaq edilməsi bəyan edilirsə, deməli bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir. Bu isə ondan xəbər verir ki, Qərb artıq Rusiyanın davranışlarına göz yummaq, dözmək niyyətində deyil və Rusiyanın postsovet ölkələrində sülhmərmlı adı altında hərbi kontingentini yerləşdirməsinə qarşıdır, buna imkan da verməyəcək. Nəzərə alsaq ki, separatçıların nəzarətində olan Donbas üçün Rusiya status tələb edirdi, deməli, ermənilərin də status barədə arzularının baş qaldırdığının nədən qaynaqlandığı da bəlli olur. Məsələ burasındadır ki, ermənilər elə hesab edirdilər ki, bu məqamdan istifadə edərək, Qarabağda da status məsələsini gündəmə gətirə bilərlər, amma hadisələr göstərir ki, artıq arzuları elə yerindəcə boğulur, bunu istəsələr də istəməsələr də. Xatırladaq ki, Rusiyanın artıq fəaliyyətsiz bir qurum olan Minsk Qrupunu, həmsədrlərin fəaliyyətini bərpa etmək niyyətləri də erməni arzularının baş qaldırmasına zəmin yaradırdısa, indi bunun da zərrə qədər mənası olmadığı bəlli olur.
Bir sözlə, Rusiyanın separatizmi dəstəkləmə cəhdlərinə Qərbin sərt reaksiyası ermənilər üçün bir ciddi mesaj sayılır. Bu fakt ondan xəbər verir ki, ermənilərin “bəlkə də qaytardılar” xəyalları, arzuları belə puça çıxır və separatçılar dərk etmək məcburiyyətində qalırlar ki, dəstəyə ümid bağlamaları artıq boş xülyadan başqa bir şey deyil. Separatçılıq meyllərinin müasir dünya üçün qəbuledilməz olduğu günün reallığına çevrilib və indi bütün dünya erməni yalanlarını, ərköyünlüklərini, sərsəm iddialarını dəstəkləmək məcburiyyətində deyil. Bunu da ermənilər nə qədər tez dərk etsələr, bir o qədər faydalana bilərlər.
NATO-nun baş katibi Yens Stoltenberqin separatçılığın geniş yer aldığı MDB məkanı üçün olduqca böyük əhəmiyyət daşıyan açıqlaması olduqca əhəmiyyətli məqamdır, çünki burada separatçılıq birbaşa hədəfə alınır. İndi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçıları öz hesablarını götürməlidirlər. Məhz separatçılar, erməni separatçıları dərk etməlidirlər ki, artıq ağıllarına gələn şəkil hərəkət etmək, separatçılığa rəvac vermək kimi bir imkanları sıfıra yaxınlaşır. Əslində, separatçılığa meyilli olan ermənilərin narahat olmaları məntiqidir, çünki onların bu fəaliyyətləri artıq ciddi nəzarət mexanizmi ilə qarşılaşır.
Doğrudur, birbaşa olaraq NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı irəli sürdüyü tələb Ukrayna, Gürcüstan və Moldova üçün nəzərdə tutulub. Çünki, NATO-nun baş katibi ölkələrin icazəsi olmadan Rusiyanın yerləşdirdiyi hərbi qüvvələrini çıxarmalı olduğunu vurğulayıb. Yəni, Rusiyanın məhz Ukrayna, Gürcüstan və Moldovada separatçılığı dəstəklədiyinə qarşı çıxış edilib. Amma məsələ burasındadır ki, nəticə etibarı ilə NATO-nun baş katibinin tələbi separatçılığa dəstək verənlərin durdurulması tələbidir.
Onu da diqqətə çatdıraq ki, Rusiya sülhməramlıları sadalanan ölkələrdən, Ukraynadan, Gürcüstandan və Moldovadan fərqli olaraq Azərbaycanda üçtərəfli anlaşma çərçivəsində, ən başlıcası isə Azərbaycanın razılığı ilə yerləşdirilib. Daha doğrusu, Yens Stoltenberqin tələbi indiki halda Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları üçün hələlik aktual deyil. Amma, qeyd etdiyimiz kimi, hələlik aktual deyil. Rus sülhməramlıların bölgədə dislokasiya müddəti sona çatdıqdan sonra rəsmi Bakının onu uzatmaqdan imtina etməsi halında müddətin Rusiya tərəfindən uzadılması, sülhməramlıların həmin ərazilərdə saxlanılması NATO baş katibinin tələblərinə zidd hesab oluna bilər. Yəni, sülhməramlıların müddəti bitdikdən sonra rəsmi Bakının istəyinə uyğun şəkildə onların çıxarılması Rusiya tərəfindən həyata keçirilməzsə, Stoltenberqin tələbi Azərbaycan üçün də aktual xarakter daşıyacaq. Bir sözlə, NATO baş katibinin mövcud tələbi zamanı gəldiyi vaxt presedent sayıla bilər və bu tələb Azərbaycan üçün olduqca əhəmiyyətlidir.
Ermənilər artıq başa düşməlidirlər və əksəriyyəti də başa düşürlər ki, NATO baş katibinin bu tələbi Ermənistanın, eləcə də, Xankəndi və ətraf bölgədəki erməni separatçılarının qol-qənədini qırdı. Son vaxtlar Kremlin Donbas üçün status tələb etməsindən, eləcə də, Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpasına yönəlik cəhdlərindən cuşa gələn, bir növ ruhlanan rəsmi İrəvan üçün NATO baş katibinin tələbi bir sillə oldu. Status mövzusunu aktuallaşdıracağına ümid bəsləyən Xankəndi və ətraf bölgədəki erməni separatçıları NATO-dan ciddi zərbə aldılar və Stoltenberqin açıqlaması qapaz kimi separatçıların başlarına endi.
Bəli, məhz Azərbaycanın perspektiv maraqları baxımından NATO baş katibinin tələbi olduqca əhəmiyyətlidir. NATO-nun baş katibinin sözügedən tələbi Cənubi Qafqazda "erməni faktoru" üçün gözlənilməz olduğu qədər də ağır oldu. Çünki, kimliyindən asılı olmayaraq erməni separatizminin dəstəklənməyəcəyi, yaxud dəstəklənməsinə imkan verilməyəcəyi gün kimi aydındır və bu fakt ermənilərin yuxusunu ərşə çəkməyə biolməz. İndi ermənilər dərk etməlidirlər ki, separatçılıqdan əl çəkməkdən və mövcud reallıqlarla barışmaqdan başqa yolları qalmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB