Ermənistan müxalifəti öz cəmiyyəti üçün daha pisdir - POLİTOLOQUN MÜNASİBƏTİ
"Qarabağdakı erməni əsilli dırnaqarası qaçqınlar o qədər çox deyil ki, kütləvi mitinq etsinlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloqun sözlərinə görə, Ermənistanda müxalifət də o qədər güclü deyil ki, narazılıqlarını kütləviləşdirə bilsin.
“Paşinyan pisdirsə, Ermənistan müxalifəti məhz erməni cəmiyyəti üçün daha pisdir. Ümumi proseslər gedir və indi Ermənistan prezidentinin istefası proseslərdə dinamika yaradıbdır. Amma prezident bundan əvvəl Ermənistandan o qədər kənar yaşayıb ki, bu baxımdan onun Ermənistan daxilində hər hansı bir siyasi dayaqları da yoxdur. Ona görə onun istefası da belə siyasi proseslərə kifayət qədər, yaxud hansısa bir keyfiyyət baxımından dinamika vermir. Düzdür, onun istefası barədə danışılır, amma bunlar təsirsizdir”, deyə Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB