Novbəti erməni mifi - TRANSFORMASİYA STRATEGİYASI - TƏHLİL

Hər zaman Ermənistan hakimiyyəti erməni xalqının istəkləri, arzuları, ən həssas məqamları, hətta hayların torpaq iddiaları ilə əlaqədar hərisliyi, mənimsəmə niyyətləri, acgözlük xislətləri ilə bağlı spekulyasiyalara əl atıb və belə də davam edir. Məqsəd tam aydındır və çox sadə şəkildədir. Bu da ondan ibarətdir ki, hakimiyyəti ələ keçirənlər nəyin bahasına olur-olsun onu qorumaq, saxlamaq istəyirlər, hətta burada bütövlükdə erməni xalqı oyuncağa çevrilsə belə onlar üçün fərq etməz. Bu tendensiya hər zaman Ermənistanda olub, indi də var və hətta Paşinyan hakimiyyətinin bu ənənəni davam etməsində yeni, yaxud qeyri-adi heç nə yoxdur.

Əslində, erməni təxəyyülü, dırnaqarası “Böyük Ermənistan” mifi də kütləni idarə etmək, arxasınca aparmaq, nəticə etibarı ilə hakimiyyəti qorumaq kimi köhnə erməni strategiyası, erməni taktikasıdır. Tarix boyu erməni siyasi texnoloqları bu toplumun ən həssas nöqtəsini tutaraq bu xalqı çox bəlalara sürükləyiblər və hələ də sürükləməkdə davam edirlər. Əlbəttə ki, erməni tarixçiləri, əgər onlara böhtançı, şərçi deyil, tarixçi demək olarsa, özləri hamıdan yaxşı bilirlər ki, təmsil etdikləri toplumun nəinki vətəni, ərazisi, xəritəsi, heç məskunlaşmaq üçün bir məskəni, məkanı da olmayıb, köç etməklə müvəqqəti məskunlaşma əldə edib, sonra da bir yerdən digər yerə daşınıb. Bu toplumun vətəni, torpağı, ərazisi və xəritəsi olmadığından genetik yaddaşında bir nisgili var və vətən, torpaq qazanmaq bu hayların yuxularına girir, eyni ilə ac toyuğun yuxusunda darı görməsi misalında. Elə bu zamana qədər də həmin toplum məhz bu rakursda şirnikləndirilib, aldadılıb, nəticədə isə bundan elə məhz baş nazir kürsüsünü bu ənənəvi yolla ələ keçirən beli çantalı küçə nümayişçisi Nikol Paşinyanın timsalında avantüristlər faydalanıblar.

Məsələ burasındadır ki, indi haylar artıq yuxularında təkcə yurd, məskən, vətən, torpaqdan başqa eyni ilə darı, buğda görürlər. Çünki acdırlar, həqiqətən də səfalət içərisində inləyirlər və artıq buğda ilə darı onlar üçün vətəndən də önə keçib, əks halda elə bunu əldə etmək üçün ermənilər ölkələrini böyük sürətlə tərk etməzdilər. Deməli, ac-yalavac erməninin yuxusuna darı hakim kəsilib və küçə nümayişlərində xalqı aldadıb hakimiyyəti devirən, onu ələ keçirən avantürist Paşinyan indi də məhz bu məqamdan istifadə edir, torpaq məsələsi də onun üçün sonrakı məsələyə çevrilib. Təbii ki, buğda, yaxud darı tapmayan haylar üçün də indiki məqamda Paşinyanın vədlərini həzm etməkdən başqa çıxış yolu qalmır. Bu da həmin o küçədən gələn hiyləgərin işinə tam şəkildə yarayır və vəd verməkdə də davam edir.

Xatırladığımız kimi, sonuncu Qarabağ müharibəsindən bir həftə əvvəl, daha dəqiq desək, 21 sentyabr 2020-ci il tarixində, Ermənistan Respublikasının müstəqillik günündə Nikol Paşinyan hay-küylə Ermənistanın 2050-ci ilə qədər Transformasiya Strategiyası barədə bəyan etmişdi. İnanmaq istərdik ki, 44 günlük müharibədə qarşılaşdıqları, sonra da kapitulyasiya sənədinə imza atması Nikola həmin o dediklərini, vədlərini unutdurmayıb. Amma indi olmayan başını tamamilə itirən Paşinyan özü belə yaxşı bilir ki, bu müddət ərzində Ermənistan dövlətlərinin və erməni xalqının başına hədsiz sayda çox müsibətlər gəldi ki, bunun fonunda hökumətin 2050-ci ilə dair arzuları artıq bir nağılı xatırladır. Nikol Vovayeviç hamıdan yaxşı bilir ki, indi erməni toplumunun qarşısında onilliklərin strategiyası deyil, sabah mövcud olmaq üçün azuqəsinin, bir sözlə darısının olması kimi bir sual durur. İşğalçı ölkə vərəndaşının yadına 2050-ci il heç düşmür, çünki sabaha qədər necə yaşamaq olar, məsələsi, sualı ermənilər üçün indi daha aktualdır.

Göründüyü kimi, Paşinyan və onun kabinetinin üzvləri sanki paralel kainatda yaşayırlar və onların “reallığı” işğalçı ölkə və onun əhalisinin reallığından tamamilə fərqlidir. Xatırlatma üçün diqqətə çatdıraq ki, Dünya Bankının məlumatına əsasən, hazırda keçmiş SSRİ-nin bütün respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə birinci yerdədir, əhali işsizdir və işğalçı ölkədə bu rəqəm 20,21%-ə çatıb. Nümunə üçün isə bildirək ki, qonşu Gürcüstanda bu rəqəm 12% təşkil edir. Yəni, Ermənistanda işsizlik səviyyəsi dəfələrlə acınacaqlıdır və bu vəziyyətlə Paşinyan və onun komandası nəyə isə ümid edə bilməz. Üstəlik, son il yarım ərzində bu ölkədə iqtisadi vəziyyət qətiyyən yaxşılaşmayıb, əksinə, pisləşib. Yalan informasiya vermək kimi ənənələrinə müvafiq olaraq, bir çox şişirdilmiş göstəricilər daxili auditoriyanın gözünə kül üfürmək üçün dövriyyəyə buraxıla bilər, amma buna özlərinin belə inanacaqları şübhə doğurur. Məsələn, Ermənistanın iqtisadiyyat naziri Kerobyan 2021-ci ildə Ermənistanın ikirəqəmli iqtisadi artıma sahib olacağını söyləmişdi. Doğrudir, sonradan o, əhaliyə psixoloji təsir göstərmək üçün belə bir açıqlama verdiyini etiraf da etdi, hansıki bu ənənənin 44 günlük müharibədə də şahidi olmuşduq və maraqlıdır, belə yalanlarla iqtisadiyyatı inkişaf etdirməyi düşünürlər, yoxsa büdcəni doldurmağı?

Yeri gəlmişkən, diqqətə çatdıraq ki, bu səfalət içərisində olan ölkədə işsizlik səviyyəsi miqrasiyanın artması ilə paralel olaraq artır. Etiraf olunur ki, yeni müharibə təhlükəsi, sonu görünməyən iqtisadi çətinliklər, özləri və övladları üçün perspektivlərin yoxluğu kimi müxtəlif səbəblərə görə Ermənistanın hər dördüncü sakini bu ölkəni tərk edir, məğlubiyyət rüsvayçılığı üzündən ölkədən qaçır, orada qala bilmir. Ən paradoksal məqam isə ondan ibarətdir ki, bu boyda miqrasiyaya, ölkədən köç edilməsinə baxmayaraq, Ermənistanda nəinki hələ də kifayət qədər iş yeri yoxdur, yenə də işsizlik səviyyəsi dünyada ən açınacaqlı vəziyyətdədir. Baş nazir Nikolun, iqtisadiyyat naziri Kerobyanın nə deməsinin bir mənası yoxdur və sadalananlar hazırki Ermənistanın acı həqiqətləridir. Deməli, 5 milyonluq Ermənistan və 1,5 milyon yeni iş yeri, yoxsulluğa qalib gəlinəcəyi baş nazirin illüziyasıdır, hansıki Paşinyan öz strategiyasında bunu vəd etmişdi. Həqiqətən də çox gülməlidir, amma ermənilər üçün yox.

Maraqlıdır ki, Paşinyan öz iddialı planlarını necə, nəyin hesabına, kimin hesabına həyata keçirəcəyini düşünürdü və indi hansı ağılla buna ümid edə bilər? Nikolun utopik vədləri hətta 2020-ci il sentyabr ayının 27-nə qədər, yəni, Ermənistanın böyük məğlubiyyəti və hədsiz itgiləri ilə nəticələnən 44 günlük müharibə başlayana qədər belə praktiki olaraq qeyri-mümkün görünürdüsə, indiki vəziyyətdə bunun mümkünlüyü barədə kim nə deyə bilər? Bəlkə hələ də xəyallar aləmində yaşamaq bu baş nazirin xoşuna gəlir? Sıçrayışlı inkişaf vəd edən Nikoldan soruşmaq lazımdır ki, Ermənistanın sıçrayışlı inkişafı üçün hansı resurslardan istifadə etmək niyyətindədir? Axı artıq hər bir dövlətin əlini üzdüyü, iyanələrini kəsdiyi, nəzərini üstündən götürdüyü Ermənistanın öz gücü tamamilə yoxdur və olan-qalan da yoxa çıxır.

Bəlli məsələdir ki, erməni baş nazirin Ermənistanın 2050-ci ilə qədər Transformasiya Strategiyası mövzusuna qayıtması erməni xalqının istəkləri üzərində hakimiyyətin standart, ənənəvi spekulyasiyasıdır. İşğalçı ölkədə vəziyyət hər gün, özü də durmadan pisləşir, ermənilər sanki batan gəmidən özünü kənara atan sərnişinlər kimi Ermənistandan uzaqlaşırlar. Bu işğalçı ölkədə qalan kütlə isə kəskin narazılıq nümayiş etdirir. Hakimiyyətin də qalıb-qalmamaq məsələsi getdikcə daha böyük sual altında qalır və buna görə də hakimiyyətini qorumaq üçün Paşinyan növbəti dəfə yenə populizmə əl atır. Məsələ burasındadır ki, Nikol özü hər şeyi yaxşı başa düşür, amma hakimiyyətin dadını hiss etdiyinə görə, artıq onu əldən vermək istəmir. Əslində, Ermənistanın bütün rəhbərlərinin bəlası hər zaman bu olub. Özləri belə öz sözlərinə, vədlərinə inanmayıblar, amma insanları inandırmağa çalışıblar. Paşinyan da onlardan biridir. O, ermənilərə Ermənistanın 2050-ci ilə qədər nail olmalı olduğu “meqa-məqsədləri” təsvir edir, amma hayların bütün bunları görmək üçün yaşayacaqlarına söz verə bilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə