Aleksa Beçiç: "Biz bu səfərdən çox şey gözləyirik"

Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycana gəldiyim üçün çox məmnunam. İnanıram ki, əlaqələrimiz mütəmadi şəkildə inkişaf edəcək.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç deyib.

Aleksa Beçiç söyləyib: “Azərbaycan-Monteneqro əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir. Bu əlaqələrin bir çox digər istiqamətlərdə də inkişafı üçün imkanlar var. Ölkələrimiz arasında əlaqələr yeni qurulsa da, inanırıq ki, bu münasibətlər daha da inkişaf edəcək. Bizim bu səfərdən gözləntilərimiz çoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...