Qırğız ekspert: “Bəzi qüvvələr Qazaxıstanın xarici siyasət istiqamətini dəyişməyə çalışırdılar” - MÜSAHİBƏ
Qırğızıstanın “Prudent Solutions” analitik mərkəzinin direktoru, tarix elmləri namizədi Esen Usubəliyev “Caliber” analitik mərkəzinə müsahibəsində Qazaxıstanda baş verən hadisələrlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
- Cənab Usubəliyev, Qırğızıstan Qazaxıstanın yaxın qonşusudur və hesab edirəm ki, siz regionda, bu ölkədə baş verənləri daha aydın başa düşürsünüz. Ona görə də ilk sualımız belədir: siz hazırda Qazaxıstandakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda Qazaxıstan müstəqil tarixinin ən faciəli dövrlərini yaşayır. Təbii ki, Qırğızıstan mədəni və etnik baxımdan ən yaxın dövlət kimi Qazaxıstan xalqına rəğbət bəsləyir və bu vəziyyətin bütün acı və faciələrini hiss edir. Qırğız xalqında “Qazax çölündə uşaq ağlayanda, dağda qırğız anasının döşündən süd axır” deyimi var. Bu deyim iki xalqın yaxınlığını kifayət qədər dəqiq ifadə edir.
Qazaxıstandakı indiki vəziyyətə gəlincə, rəsmi xəbərlərə görə, ölkə ərazisində şərti olaraq iki münaqişə zonasını ayırmaq olar- ölkənin qərbi və şimal-qərbi, əslində etirazların başladığı Almatı bu etirazların ən qanlı və faciəvi ölçülərə sahib olduğu bölgədir. Aktau və Qazaxıstanın qərbində və şimal-qərbində yerləşən digər şəhərlərdən fərqli olaraq, Almatıdakı etiraz güclərindən biri, ehtimal ki, terrorçularla əlaqəsi olan cinayətkar qruplar idi. Məhz onlar silahdan istifadə etməklə mahiyyətcə dinc nümayişləri ciddi iğtişaşa çevirdilər. İndi ölkənin cənub paytaxtında artıq həm mülki əhalidən, həm də hüquq-mühafizə orqanlarından çoxlu itkilərə səbəb olan küçə döyüşləri praktiki olaraq başa çatıb.
- Sizcə, ölkədə baş verən iğtişaşların arxasında nə və ya kim dayanır?
- Qazaxıstandakı etirazların arxasında kimin və ya nəyin dayandığını söyləmək kifayət qədər çətindir. Əvvəlcə onlar yüksək enerji qiymətlərinə qarşı sosial etiraz olaraq başladılar, sonra tez bir zamanda siyasi çalarlar qazandı və Almatıda və bölgədə silahlı müqavimətə səbəb oldu. İstisna etmək olmaz ki, Almatıda kənardan təlim keçmiş, əsas məqsədi güc strukturlarını tamamilə gözdən salmaq, ölkəni siyasi və iqtisadi böhrana sürükləmək olan təxribatçı qüvvələr olub. Və bu dalğada səlahiyyətlərin yenidən bölüşdürülməsi mexanizmini işə salmağa və Qazaxıstanın xarici siyasət istiqamətini dəyişməyə çalışıblar- bunu istisna etmək olmaz.
- Etirazçılar, əslində, nəyə nail olmağa çalışırlar?
- Burada etirazların səbəblərini anlamaq lazımdır. Qazaxıstanda enerji (qaz) qiymətlərinin bahalaşması ilə bağlı xalqın narazılığı ilə başlayan etirazlar pandemiyadan sonra tənəzzüllə bağlı cəmiyyətdə yığılan problemlər, əhalinin davamlı yoxsullaşması fonunda qısa zamanda dönməz xarakter aldı. Ərzaq və sosial-tibbi xidmətlərin bahalaşması və əhalinin ölkənin əvəzedilməz rəhbərliyindən ümumi narazılığı fonunda.
Digər amil sənayedə, energetika sektorunda və digər sahələrdə əcnəbilərin mövcudluğu idi ki, burada əcnəbi mütəxəssislərlə yerli əhali arasında ciddi gəlir fərqi qalır və daim artırdı ki, bu da sosial narazılığın əlavə elementini yaradırdı– hökumət və əsas məqsədi Qazaxıstanın milli sərvəti ilə soyğunçuluq etməyə çalışan xarici şirkətlər eyni cəbhədə durmuş kimi qəbul edilirdi. Yığılmış problemlərin yükü Janaozen və Aktauda etiraz əhval-ruhiyyəsinin artmasına səbəb oldu və sonra tez bir zamanda bütün ölkəyə yayıldı.
Etirazçılar müxtəlif tələblər irəli sürürlər- qazın qiymətinin aşağı salınmasından tutmuş ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasına qədər. Amma problem ondadır ki, ayrı-ayrı rayon və şəhərlərdə tələblər fərqlidir və ortaq müxalifət platforması yoxdur. Etirazçıları birləşdirən yeganə şey Tokayevin hakimiyyətə gəlişindən sonra hakimiyyətin yarımçıq qalmış keçidi və ölkədə Nazarbayev ailəsinin təsirinin davam etməsi ilə bağlı məyusluq idi. İndi təbii ki, birinci prezident nəhayət səlahiyyətlərini itirdikdən sonra bu amil öz təsirini zəiflətdi. Lakin buna baxmayaraq, etirazçıların gələcəkdə yeni prezident və parlament seçkilərinin keçirilməsini tələb edəcəklərini də istisna etmək olmaz. Problem ondadır ki, etirazlar dağınıqdır və onların arxasında duran qruplar müxtəlif məqsədlər güdürlər. Hakimiyyətdə, sadəcə olaraq, dialoq aparacaq heç kim yoxdur.
- Qazaxıstan prezidenti Tokayev KTMT-ni ölkəyə dəvət etdi. Siz bu barədə nə düşünürsünüz?
- Belə görünür ki, KTMT-nin sülhməramlı qüvvələri münaqişənin həllində əsas rola malik olmayacaq. Sadə səbəbdən- onlar ölkədə təhlükəsizliyi tam təmin etmək üçün kifayət edəcək sayda deyil. Onların yalnız köməkçi rolu olacaq, xüsusən də ən mühüm strateji obyektlərin və ya nəqliyyat arteriyalarının və digərlərinin mühafizəsində. Bütün iş hələ də Qazaxıstanın öz qüvvələrinin üzərinə düşür, görünür, Nazarbayevin Təhlükəsizlik Şurasının rəhbəri postunu tərk etdikdən sonra yenidən təyinat məsələlərini həll etmək üçün vaxt lazım olub.
- Qazaxıstan üçün bu vəziyyət necə başa çatacaq?
- Təəssüf ki, Qazaxıstanda vəziyyətin tam nizamlanmasının vaxtını proqnozlaşdırmaq mümkün deyil. Münaqişənin həllinin güclü mərhələsi başa çatdıqdan sonra belə, Qazaxıstan cəmiyyəti siyasi təlatümlərdən və yeni siyasi qrupların istəklərindən qızışmaqda davam edəcək və onlar, şübhəsiz ki, meydana çıxacaq və ölkədəki siyasi və iqtisadi vəziyyətə təsir göstərəcəklər. İndi Qazaxıstanda “Nazarbayev erası” başa çatdıqdan sonra uzunmüddətli dəyişikliklər mexanizmi işə düşüb. Və bu ölkə regional klanlar və təsir qrupları arasında siyasi razılaşmanın yeni formalarının axtarışının çətin yolunu keçəcək. Bu, hazırkı prezident Tokayev və ya Qazaxıstan cəmiyyəti və siyasi təsir qrupları tərəfindən qəbul ediləcək (kompromis kimi seçiləcək) başqa yeni siyasi fiqurun dövründə baş verə bilər. Qazax cəmiyyətinin ictimai-siyasi quruluşunun bütün mürəkkəbliyi, o cümlədən ənənəvi olaraq qruplara bölünməsi ilə etiraf etmək lazımdır ki, danışıqlar aparmaq və əməkdaşlığın kompromis formalarını axtarmaq istəyi nə qədər uzaq olsa da, müasir inkişaf yolu ilə getmək istəyən istənilən köçəri xalqın qanında var. Üstəlik, Qazaxıstanın ənənəvi siyasi mədəniyyəti regionun digər ölkələri ilə müqayisədə həmişə daha çox inkişaf edib.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB