Bizim Qazaxıstan xalqı ilə tarixi və mənəvi bağlarımız var -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Bizim Qazaxıstan xalqı ilə tarixi və mənəvi bağlarımız var -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Mərkəzi Asiyada ictimai - siyasi sabitliyin mövcud olması beynəlxalq aktorları ciddi şəkildə narahat edir. Burada əsas 2 ssenari rol oynayır. Bu ssenarilərdən birincisi ondan ibarətdir ki, xüsusən qərbin müəyyən inqilabi ssenaristləri "Maydan" hərəkatının coğrafiyasını Mərkəzi Asiyaya doğru genişləndirməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, ümumillikdə Mərkəzi Asiya dövlətlərində hökm sürən güclü dövlətçilik ənənələri, uzun illərdir ki, ictimai-siyasi sabitliyin olması beynəlxalq gücləri qane etmir: "Buna görə də qlobal imperialist dairələr Qazaxıstanda sosial məsələlərlə bağlı vətəndaş və hakimiyyət arasındakı ziddiyyətdən istifadə edirlər. Nəzərə almaq lazımdır ki, bu aksiyaların genişlənməsi nəticəsində hökümət qiymətlərini qaldırdığı maye qazın əvvəlki tariflə hesablanacağı barədə qərar qəbul etdi. Qazaxıstan respublikasının prezidenti Tokayev xalqa müraciət edərək ictimai-siyasi sabitliyin qorunması üçün güc strukturlarına dəstək olmağa çağırdı. Aksiyalarda artıq siyasi fikirlərdən də, istifadə olunur. Etirazçılar Qazaxıstan hökümətinin istefası ilə bağlı şüarlar səsləndirirlər.

Düşünürəm ki, bu uzun illərdir aparılan ssenarinin davamıdır və əlbəttə ki, burada xarici güc faktoru özünü açıq şəkildə birüzə verir. Hakimiyyətdə müəyyən dəyişikliklərin olması əsasən mərkəzli inqilab ssenariləri hazırlayan qüvvələrə sərf edir. Çünki imperializmin əsas məqsədi ictimai-siyasi sabitliyin hökm sürdüyü bölgələrdə xaos yaratmaq və yaranmış vəziyyətdən istifadə edərək həmin bölgələri beynəlxalq siyasi alver predmetinə çevirərək sərvətlərini məsimsəmək istəyirlər. Belə hesab edirəm ki, bu proseslər bir müddət davam edəcək. Bizim Qazaxıstan dövlət ilə çox yaxşı dostluq əlaqələrimiz var. Qazax xalqı ilə həm mənəvi, həm də, tarixi bağlarımız mövcuddur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə