Komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir - Ceyhun Bayramov

Komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir - Ceyhun Bayramov

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Düşünürük qarşı tərəf də bu məsələnin ciddiliyini anlayaraq yaxın zamanda müsbət qarşılıq verəcək. Ona görə düşünürük ki, yaxın aylarda bu komissiya formalaşacaq”, - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə