YAP Qax rayon təşkilatında "Azərbaycan son 18 ildə" mövsuzunda tədbir keçirilib FOTOLAR

YAP Qax rayon təşkilatında "Azərbaycan son 18 ildə" mövsuzunda tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatında "Azərbaycan son 18 ildə" mövsuzunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Qax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Natiq Allahverdiyev açaraq, qeyd edib ki, bu gün müstəqilliyinin bərpasının 30 illiyini yaşayan Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. "Azərbaycan son 18 ildə" mövzusunda məruzə ilə çıxış edən N.Allahverdiyev qeyd edib ki, 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Cənab İlham Əliyev ötən 18 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq, nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında, tam müstəqil dövlət qurdu.

Tədbirdə çıxış edən Qax şəhər 1 saylı tam orta məktəbin direktoru Mədinə Heydərova, Respublika Olimpiya İdman Liseyinin Qax şöbəsinin müdiri Ramil Məmmədli, rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Fətəliyev, Turaclı kənd tam orta məktəbin direktoru İlham Məmmədov qeyd ediblər ki, Cənab Prezident İlham Əliyev bugünkü tarixin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün taleyüklü məsələlərdən olan erməni işğalı altında olan torpaqlarımızın azad olunması yolunda yorulmadan çalışdı. Ali Baş Komandan Ermənistana və onun havadarlarına 44 günlük Vətən müharibəsində Azərbaycanın güclü bir dövlət olduğunu sübuta yetirdi. Vurğulanıb ki, bu gündən sonra da xalqımız Cənab Prezident İlham Əliyev ətrafında sıx birləşərək, dövlətimizin qüdrətinin artırılması üçün öz layiqli tövhəsini verəcəkdir.

Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam"- deyən Cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Bu müddət ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Cənab Prezident tərəfindən siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması davamlı uğurlara yol açdı.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə