Mixail Çernov: “3+3 formatı Ermənistanı Türkiyə-Azərbaycan orbitinə cəlb etmək üçündür” - MÜSAHİBƏ
Rusiya-Avrasiya layihəsinin (RF) rəhbəri Mixail Çernov “Caliber” analitik mərkəzinə qısa müsahibəsində regionda yaranmış vəziyyət və region ölkələrinin münasibətəri haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- 3+3 formatına necə baxırsınız?
- “3+3” formatı maraqlı tərəflərin (ilk növbədə Türkiyə, Rusiya, Azərbaycan və İran) nəqliyyat layihələrini sürətlə həyata keçirməsi və regiondakı vəziyyəti siyasi cəhətdən yenidən formatlaşdırmaq yoludur. Türkiyə və Azərbaycan üçün bu, Naxçıvan vasitəsilə olan dəhlizdir və Ermənistanı öz nəzarəti altına almaq cəhdidir. İran üçün- Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Rusiyaya mümkün dəhlizlərin açılması. Rusiya üçün- İran və Ermənistana dəhlizin açılması, həmçinin Gürcüstanı müəyyən münasibətlər formatına cəlb etməkdir.
Formatın gələcəyinin olub-olmadığını söyləmək çətindir. Ankara və Bakı üçün bu, İrəvana təzyiq vasitəsidir. Ancaq görünür, bunsuz da öhdəsindən gələ bilərlər. Rusiya üçün Gürcüstanı dialoqa cəlb etmək vacibdir, lakin Tiflis hələlik bu formatda iştirakdan imtina edir. Bu, digər böyük maraqlı tərəflərin təzyiqinin effektivliyindən asılıdır.
- “3+3” mexanizminin işə düşməsi dövlətlərarası münasibətlərdə inamın artmasına kömək edəcəkmi?
- Bu layihə bu və ya digər şəkildə Ermənistanı Türkiyə-Azərbaycan orbitinə cəlb etmək üçün yaranıb. Ermənistanın bütün mövqelərdə təslim olması prosesini “etimadın artması” hesab etsək, bəli. Ciddi olsaq, Rusiyanın Türkiyəyə tam güvənməyinin mənası yoxdur, amma təbii ki, onunla dialoq aparmaq lazımdır.
- Bu layihə Rusiya ilə Gürcüstanın yaxınlaşmasına töhfə verəcəkmi?
- Hələlik, Gürcüstan bu formatda dialoqdan imtina edir. Əgər Tbilisi orada iştiraka getsə, bu, münasibətləri blokdan çıxarmağa kömək edə bilər.
- Sizcə, Qərb 3+3 formatına necə baxır?
- Gürcüstanın bu formata qarışmasına Qərb və hər şeydən əvvəl ABŞ mane olur. Eyni zamanda, Türkiyənin iştirakı və fəal rolu İngiltərənin bölgədəki maraqlarına əməl olunması deməkdir. Qərb formatın işində maraqlı ola bilər ki, əgər hesab etsə ki, onun həyata keçirilməsi Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına və Rusiya Federasiyasının Zaqafqaziyadan çıxarılmasına töhfə verəcək.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB