Əli Kərimli və Avropanın potensial “siyasi mühacirləri” TƏRS BAXIŞ+ÖZƏL
Yaxud, icazəsiz etiraz aksiyalarında saxlanılanlar ad və soyadlarını niyə xüsusi olaraq çəkirlər?
Görünür, radikal müxalifətin, xüsusilə AXCP-nin pulqabısı boşalıb və bundan məlumatlı olan Qərbin məlum dairələri dərhal Azərbaycana qarşı təzyiq vasitələrini işə salmaqdan ötrü əllərinə düşən girəvədən maksimum istifadə etmək qərarına gəliblər. Yoxsa ki, 2018-ci ildə qeyri-qanuni sahibkarlıqla məşğul olmasına, gəlirlərini dövlətdən gizlətməsinə və 2016-cı ildən başlayaraq qanunsuz yollarla əldə etdiyi qazancının 30 min ABŞ dollarını Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş AXCP-yə göndərdiyinə görə həbs olunan və sonrakı müddətdə ümumiyyətlə unudulan Saleh Rüstəmov birdən-birə haradan yada düşdü ki? Yaxud, üstəlik həbsindən bir neçə il sonra (?!) “Saleh bəyə azadlıq” bağıraraq Bakı şəhərinin mərkəzində siyasi artistizm nümayiş etdirməyə nə gərək var idi? Yəni buradan açıq-aydın görünür ki, bu məsələ bilavasitə (!) Qərbin anti-Azərbaycan dairələrinin birbaşa sifarişi, planı əsasında yenidən gündəmə gətirilməyə cəhd edilib.

Yeri gəlmişkən, Saleh Rüstəmovun aclıq keçirməsi də radikal müxalifətin aldığı sifarişin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Daha dəqiq desək, bu da Avropanın bəlli dairələrinin planlarına daxil edilmiş məsələdir ki, məhz bundan sonra etiraz aksiyalarına start verilsin, qaragüruh qruplar da ən çox sevdikləri məşğuliyyətlərini – şəhərin küçələrində qışqır-bağır tamaşalarını nümayiş etdirsinlər. AXCP və Müsavat təmsilçiləri nəyi bacarmasalar da, bu işi etiraf edək ki, yaxşı bacarırlar...
Aqil Qeybulla: “Saleh Rüstəmovun komaya düşməsi, ona gecə xüsusi yardım göstərilməsi ilə bağlı xəbərlər tam yanlışdır və əsası yoxdur”
Bu arada onu da xatırlatmaq olar ki, guya Saleh Rüstəmlinin “komaya” düşməsi ətrafındakı hay-haraylar da anlaqsız keçən ucuz teatr tamaşasının bir parçasıdır. Bunu isə məhz müxalif mövqeyi ilə seçilən, peşəcə həkim olan Aqil Qeybullanın mətbuata verdiyi açıqlamasından da anlamaq çətinlik yaratmır.

“Saleh Rüstəmovun komaya düşməsi, ona gecə xüsusi yardım göstərilməsi ilə bağlı xəbərlər tam yanlışdır və əsası yoxdur. Onun səhhəti Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimlərinin və mənim nəzarətim altındadır. Saleh bəylə dövlət qurumlarının separat sövdələşməsi və ona nəyinsə vəd edilməsi ilə bağlı fikirlərin də heç bir əsası yoxdur”, deyə Aqil Qeybulla bildirib.
O, həmçinin qeyd edib ki, proseslər onun şahidliyi ilə baş verir. “Bütün proses mənim iştirakımla baş verib. İlk addım atılıb, aclıq dayandırılıb, qarşıda Saleh bəyin səhhətinin bərpası məsələsi durur. Dövlətin ədalətinə ümidlə deyə bilərəm ki, lütfən hadisələri qabaqlamayaq”.
Göründüyü kimi, artıq müxalif mövqeli həkim Aqil Qeybulla da radikal qrupların süni səs-küylər, hay-haraylar salmalarını hədəfə alır, onları belə çirkin əməllərə yol verməməyə çağırır.
Hələ də gəncləri öz toruna salıb onların həyatlarını zəhərləyən AXCP sədri Əli Kərimli bu dəfə Saleh Rüstəmovun ətrafında sirk tamaşası qurur
İndi isə gəlin Saleh Rüstəmovun adı ətrafında şəhərin küçələrində bar-bar bağıraraq həm də sabitliyi pozmağa cəhd edənlərin maraqlarına toxunaq.

Sirr deyil ki, artıq uzun müdətdir həm AXCP, həm də Müsavat kimi təşkilatlar siyasi mühacir biznesində ittiham olunur, onların kirli əməllərini ifşa edən çoxsaylı sənədlər, sübutlar bu gün də internet media məkanında mövcuddur.

Lakin danılmaz faktları belə həyasızcasına inkar edən Əli Kərimli və s. tipli radikal müxalifətin qondarma liderləri görünür, öz əməllərindən əl çəkmək fikrində deyillər. Xüsusilə, hələ də gəncləri öz toruna salıb onların həyatlarını zəhərləyən AXCP sədri Əli Kərimli bu dəfə Saleh Rüstəmovun ətrafında qurduğu sirk tamaşasında saxlanılanların adlarının və soyadlarının çəkilməli olması tapşırığını verib.
Hərəsinin əlində bir smartfon, ya da kamera, əyinlərində isə sarı jurnalist jiletləri olan “jurnalistlərin” saxlanılan şəxslərdən adları və soyadlarını soruşmaları da diqqət çəkir
Burada hərəsinin əlində bir smartfon, ya da kamera, əyinlərində isə sarı jurnalist jiletləri olan, ancaq fəaliyyətlərində bir qram da olsun jurnalistikaya aid olmayan ayrı-ayrı fərdlərin saxlanılan şəxslərdən adları və soyadlarını soruşmaları da diqqət çəkir və maraq doğurur.

Niyəsini isə aşkar etmək çətin deyil: saxlanılanları əsla Saleh Rüstəmovun taleyi, yaxud AXCP-nin, Müsavatın siyasi mövqeləri maraqlandırmır, onları maraqlandıran əsas məsələ şəkil və video çəkdirmək, sonradan isə onları əllərində “əsas” tutaraq partiya sədrlərindən müəmmalı qaydada alacaqları partbilet və arayışların üzərinə əlavə etmək, sonunda isə üz tutduqları Avropa, Qərb ölkələrində “ölkəsində təzyiqlərə uğramış əzabkeş, məzlum, yazıq siyasi mühacir” statusuna yiyələnmək. Bax, budur onların əsas kirli məqsədləri!
Azadlığa çıxdıqdan sonra isə Saleh Rüstəmov da digərləri kimi çoxdan Əli Kərimlinin “dəftərindən” silinəcək
Əli Kərimli və s. kimi bənzər siyasi manipulyantlar və spekulyantlar, eləcə də onilliklər boyunca sədarət kürsüsündən ikiəlli yapışlanlar isə “bir güllə ilə iki dovşan vurmaq” həvəsindədirlər – bir tərəfdən Qərbin sifarişlərini icra etməklə qaz vurub-qazan doludrmaq, o biri tərəfdən isə saxta “siyasi mühacir” arayışlarını sataraq ikitərəfli qazanclar əldə etmək.

Yoxsa, Saleh Rüstəmovun taleyi onların nəyinə gərəkdir ki? Zamanında Əli Kərimlinin gödənini doldurması üçün 30 min dollarını xərcləyib, indi isə lazımsız bir fiqura çevrilib. İndi isə, sadəcə, adından sui-istifadə edilən “pulkəsən maşın” rolunu oynayır. Azadlığa çıxdıqdan sonra isə Saleh Rüstəmov da digərləri kimi çoxdan Əli Kərimlinin “dəftərindən” silinəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB