...Təəssüf ki, Ermənistan hakimiyyəti artıq daha qismən yox, tam şəkildə Türkiyənin maraqlarına xidmət edir. Nikol Paşinyan, Armen Sarkisyan və digər yüksək rütbəli məmurlar işdən çıxarılıb məsuliyyətə cəlb olunmayana qədər ölkəmizdə bu gün “sürünən türk təcavüzü” sabah daha fəlakətli miqyasda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bunu ermənilər deyirlər. Onların dediyinə görə, bu gün regionun heç bir ölkəsinə müharibə elan etməyən Türkiyə əgər maneəsiz-filnsız Suriya, İraq, Liviya, Kipr ərazilərinə sərbəst şəkildə qoşun yeridə bilirsə, bu halda Türkiyəni Ermənistana girməkdən kim saxlaya biləcək? Təbii ki, əslində bu qorxudan irəli gələn xof kimi qəbul edilməlidir.
Maraqlıdır ki, hazırda ermənilər ölkədəki “uğursuzluq”ların əsasını qoyan xain axtarışına çıxıblar və... deyəsən belə bir xaini tapıblar da.
Onlar Nikol Paşinyanın ideoloji atası kimi təqdim etdikləri və vaxtilə Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Liparityanı “öz millətindən əl çəkib dövləti məhv edən xain bir təbliğatçı” kimi təqdim etməyə başlayıblar.
Xatırladaq ki, Liparityan vaxtilə müşavir olduğu ərəfədə bəzi həmkarlarından fərqli olaraq “qonşularla problemləri həll etməyin vacibliyini” məsləhət görürdü. Hətta o sonralar Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmayacağı təqdirdə, millətinə nə vaxtsa çantalarını yığıb buralarda köçməli olacaqlarını da açıq şəkildə bildirirdi.
Hələ o vaxt beynəlxalq ictimaiyyətin rəyinin ermənilər üçün vacib olduğunu deyən Liparityan ermənilərə xatırladırdı ki, əgər sabah biz məğlub olsaq, onlara üz tutub onların artıq bacarmadıqları şeyləri etməsini istəyəcəyik. Belə görünür ki, həmən an gəlib çatıb və təbii ki, indi ermənlərin kimisə “vətən xaini kimi” ittiham etməkdə heç bir əsas görməməlidirlər.
Realıq isə budur: Naxçıvana dəmir yolu və avtomobil yolunun tikintisi ilə bağlı razılıq əldə olunub. Qeyd edək ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı bəyan edib.
Təbii ki, ermənilər bu reallığı qəbul etmək istəməmələri və hətta bu reallığa qarayaxmalar sərgiləməsi gözlənilən idi. Məsələn, özünü “artsax” səlahiyyətlisi kimi təqdim edən David Babayan iddia edir ki, Azərbaycanın bu istəyinin reallaşması Rusiya və Avropa üçün ciddi problemlərlə dolu olmaqla yanaşı, həm də “artsax” üçün qəbuledilməzdir. Babayana görə, Azərbaycan bu cür hərəkətləri ilə guya “artsax”ı tamamilə boğmağa çalışır. Bundan əlavə, Babayan “əmindir” ki, Azərbaycan təkcə bir dəhlizlə durmayacaq, yəni sabah ikinci və bəlkə də üçüncü bir dəhliz tələb edəcək.
...Bu isə Ermənistanın Zəngəzur üzərindəki suverenliyini itirilməsi deməkdir.
...Ermənistanın İrandan “qopması” deməkdir.
...Və ümumiyyətlə, Ermənistanın öz ərazisinin təxminən üçdə birinə nəzarətini itirməsi deməkdir. Deyim ki, bunları da Babayan deyir.
Onun fikrincə, bunlar isə bölgədəki vəziyyəti kökündən dəyişəcək. Yəni Naxçıvanla Kəlbəcərin əlaqəsi Şərqi Zaqafqaziyanın tam birləşməsi demək olacaq. Bundan əlavə, bu o demək olacaq ki, indiki mənada Ermənistan olmayacaq. Çünki Zəngəzurun arada itib-batması dərin transformasiyalara, Şimali Qafqazda, Volqaboyu və Orta Asiyada gözlənilməz proseslərin başlayacağına gətirib çıxaracaq.
Babayan böyük əminliklə, bütün bu baş verənlərin fonunda ermənilərin bu yerlərdən total şəkildə köç edəcəyini bildirir. Qeyd edək ki, vəziyyətdən çıxış yolu kimi, yeni müharibəni dilə gətirmək istəyən Babayan bunun ermənilərə heç bir uğur gətirməyəcəyini də yaxşı başa düşür.
O da maraqlıdır ki, “erməni səlahiyyətlisi” həmyerliləinə baş verənlərə sakit yanaşmaq, panikaya düşməmək və Azərbaycanın “təxribatlarını yatırmaq” istiqamətində addımlar atmağı məsləhət görür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB