Media sahəsində islahatlara ehtiyac var idi - QURUM SƏDRİ AÇIQLADI

Media sahəsində islahatlara ehtiyac var idi - QURUM SƏDRİ AÇIQLADI

"Ölkəmizdə son illər gedən böyük islahatlardan başqa media sahəsində də islahatlara ehtiyac var idi. Bildiyimiz kimi Azərbaycanda KİV haqqında qanun 1999-cu ildə qəbul olunub və həmin dövrdə Avropa Şurasının ən yüksək demokratik anlarından biri kimi hesab olunurdu. Amma ötən müddət ərzində statistika göstərir ki, KİV haqqında qanuna 79 düzəliş və əlavələr edilib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, günümüzdə artıq yeni media, onlayn, internet mediası yaranıb: "Sosial şəbəkələr artıq vətəndaş jurnalistikasını elə səviyyəyə gətirib ki, jurnalistika ilə sosial şəbəkələr arasında vəzifələr demək olar ki, itib. Bu baxımdan "Media haqqında qanun" layihəsinin qəbul edilməsi çox önəmli idi. Bildiyimiz kimi "Media haqqında qanun" layihəsi ilkin oxunuşda qəbul edilib. "Media haqqında qanun" layihəsinin müzakirələrində ortaya çıxan məqam o idi ki, bu qanun daha administrativ formada qayda yaratmaq əvəzinə mətbuatın inkişafına yönəlik imkan yaratmalıdır. Yəni mətbuat müstəqil olmalıdır və mətbuatın müstəqil olması üçün bu qanun əsas müzakirə elementlərindən birinə çevrilməlidir. Bildiyimiz kimi medianın bir çox problemləri var. Əslində bu medianın yox cəmiyyətin problemləridir. Bütövlükdə jurnalistikada qayda-qanunların möhkəmlənməsi baxımından yeni qəbul olunmuş qanuna çox ehtiyac var idi".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə