“Əvvəlcə onu qeyd edim ki, sosial şəbəkələrdə aksiyalara çağırışın özü qanunu pozmaqdır. Çünki, ictimai asayiş pozulacaq, mövcud qanunvericiliyə görə ölkə daxilində nümayişlərə, mitinqlərə çağırmaq, ölkədə siyasi sabitliyi pozmağa cəhd etmək, bütün bunların hamısı qanunla cəzalandırılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

“Müxalifət yenə də 33 ildir eyni üsullardan istifadə edir. Əgər müxalifət özünü bunula təsdiqləməyə çalışacaqsa təsdiqləyə bilməyəcək, bu Azərbaycan üçün yeni bir şey deyil. Aksiya tipli çağırışlar bloklanmalıdır. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində təhlükəsizliyi təmin etməklə bağlı bir qurum da var. Həm Dövlət Təhlükəsizlik Xidməti həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu tip elanları bloklamalıdır. İkincisi isə bu elanları verənlərin Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti hansı ölkələrlə bağlılıq məsələsini araşdırmalıdır. Bu təsadüfi deyil ki, Azərbaycan Prezidenti hər dəfə uğurlu xarici siyasət yürüdəndən sonra ermənilər bizə qarşı təxribata başlayır, ya bunu qabaqlamaq üçün ya da gözdən salmaq üçün bu addımları atır. Bu erməniləri başa düşürəm ki, onlar ermənidirlər. Lakin Azərbaycan müxalifətini nə etmək istədiyini anlamıram. Məsələn 2 dekabrda Fəvvarələr Meydanında keçirilən mitinqi əslində başqa cür dəyərləndirmək olar. Çünki, həmin gün Azərbaycan şəhidlərinin basdırılması günü idi. Mən deyə bilmərəm ki, onlar mitinq keçirməməlidirlər, bu onların hüququdur. İcazə almalıdırlar və sonra toplantı keçirməlidirlər, amma məhz icazəsiz həmin gün bu mitinqin keçirilməsi müxalifətə baş ucalığı gətirmir. Bu addım əxlaqi normalara çox zidd bir addımdır. İndi də Soçi danışıqlarında üçtərəfli bəyanatın Azərbaycan Prezidenti Azərbaycanın maraqlarına uyğun olan addımlar atdı. Azərbaycan üçün lazım olan həm sərhədlərlə bağlı həm də Zəngəzur dəhlizi ilə bağlı nəticələr əldə etdi. Həmin nəticələrin də bu gün Brüsseldə keçiriləcək görüş öncəsi bu məsələlərin gündəmə gətirilməsi başqa şeylərdən xəbər verir. Ona görə də, bu mövzuları araşdırmaq lazımdır, bu aksiyaları yaradanların arxasında kimlər dayanır? Tamamilə demək olar ki, bu məsələlər təsadüfi deyil. İnformasiyaların hamısını xaricdə olan bloggerlərə yalnız vəzifədəkilər ötürə bilir, çünki, adi insanlarda o informasiyalar olmur. Burada ən təhlükəli olan şeyə psixologiyada şüuraltı işləmə deyirlər. Çox təəssüf ki, bizdə şüuraltı işləmə ilə bağlı fəaliyyət görmürəm. Azərbaycan iqtidarının kifayət qədər böyük qüvvələri var, onlardan yararlanmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB