YAP Sabunçu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
10.12.2021-ci il tarixində YAP Sabunçu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar görüş keçirilib. Görüşdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər Rəna Fərəcova və Aftandil Hüzeynzadə, millət vəkili Əliabbas Salahzadə iştirak edib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Misirxan Vəliyev bildirib ki, bu günlər biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini yad edirik. Əslində, Ulu Öndər Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq. Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır.
Daha sonra çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında,eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Adil Vəliyev Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
İclasda həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, ərazi partiya təşkilatının sədri Natiq Musayev, fəal üzvlərdən Cəmşid Dərəlyəzli çıxış edərək Ulu Öndərimizin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB