Ağcabədidə "Arzuları həyata keçən Lider" mövzusunda konfrans keçirilib FOTOLAR
YAP Ağcabədi rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Arzuları həyata keçən Lider" mövzusunda videokonfrans keçirilib. Konfransda müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açaraq, Azərbaycan xalqının Dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edib. R.Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan insan kimi qalmışdır: "Xalqımızın çoxəsrlik tarixində mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərmişdir. Bu mənada, Ulu Öndər xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa sandığımız ən böyük Azərbaycanlı idi. Ümummilli Lider Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına mayak kimi istiqamət verəcəkdir".
Bu gün Ulu Öndərimizin uğurlu siyasətinin layiqli davaçısı, siyasi varisi Cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Ulu Öndər hər bir görüş və çıxışlarında qeyd edirdi ki, zaman gələcək müstəqil Azərbaycan iqtisadi-siyasi və hərbi cəhətdən güclü bir dövlətə çevriləcəkdir. Hər bir Azərbaycan vətəndaşının ağrılı yeri olan Qarabağımız erməni işğalından azad olunaraq, öz sahiblərinə qaytarılacaqdır. Ötən ilin 27 sentyabınrda başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Ulu Öndərin arzularının həyata keçirildiyinin parlaq təcəssümüdür.
Konfransda ADPU-nun Ağcabədi filialının kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Ceyhun Mamedov, şəhər 9 saylı məktəbin müəllimi Vüsalə Əliyeva, 2 saylı YAP ərazi ilk təşkilatının sədri Mehdi Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı təkrarolunmaz xidmətləri barədə danışmış, ölkəmizin hərtərəfli inkişafı, Qarabağın işğaldan azad olunması barədə ideyalarının onun siyasi varisi Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildiyini, işğaldan azad edilən ərazilərdə böyük bərpa və quruculuq işlərinin başlanmasından qürurla söhbət açıblar.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB