Müxalifət deputatlarından biri çıxışı zamanı Paşinyana arxa çevirib

Ermənistan Parlamentinin “Ermənistan” alyansı fraksiyasından olan deputatı Qeqam Manukyan öz fraksiyasının deputatı, Ermənistanın milli qəhrəmanı Tatul Krpeyanın qızı Aspram Krpeyanın fotosunu dərc edib və yazıb: “Aspram Krpeyan Nikolun üzünü belə görmək istəmir və iclas zalında ona arxası ilə oturur...”.

Ermənistan mətbuatı da deputat Aspram Krpeyanın Nikol Paşinyanın iştirakı ilə hökumət saatının keçirildiyi parlamentinin tribunasına və sədrliyinə arxası üstə oturarkən fotosunu tirajlayıb.

Qeyd edək ki, “Ermənistan” parlament fraksiyasından olan yeni deputat Aspram Krpeyan dekabrın 7-si ərəfəsində deputatın and içib. Krpeyan fraksiyadan olan keçmiş deputat David Sedrakyanı əvəz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...