Ermənistanın hansısa haqq-ədalət barəsində danışmağa haqqı yoxdur - DEPUTAT AÇIQLADI

"BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin iddialarının rədd etməsi çox ciddi qərardır. Ona görə ki, ağlasığmaz bir proses başlamışdı və təəssüflər olsun ki, Ermənistanda bu hələ də davam edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, bunlar dövlət səviyyəsində irqçiliklə məşğul olmaqla yanaşı, həmçinin də başqa millətləri məhv etmək niyyətində və müharibəni yenidən alovlandırmaq arzusunda olan təşkilatlarla dövlət səviyyəsində birgə tədbirlər keçirdirdilər: "Hesab edirəm ki, Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində bu sənədləri təqdim etməsi bizim böyük uğurumuzdur. Bu işin yüksək səviyyədə təşkil olunması ilə yanaşı, məhkəmənin belə bir ədalətli qərar verməsi siyasi nöqteyi-nəzərdən ən mühüm məsələlərdən biridir. Ermənistan bugün dövlət səviyyəsində irqçilik siyasətindən hələ də əl çəkməyib. Nəzərə alsaq ki, bu məhkəmə birbaşa BMT Təhlükəsizlik Şurasına məlumat verən və qərarlarını məhz ora çatdıran bir məhkəmədir".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, özləri yalan içərisində yaşayır: "Bu məhkəmənin qərarı müvəqqəti Ermənistanın özü tərəfindən yaradılmış iddiaların üstündən xətt çəkmək kimi qiymətləndirilməlidir. Bu əhəmiyyətli və beynəlxalq səviyyədə bizim gələcək diplomatlar, millət vəkilləri tərəfindən istifadə olunacaq hər bir mərhələdə bir sənəddir, bir qərardır ki, Ermənistan artıq dövlət səviyyəsində bundan istifadə edir və onun hansısa haqq-ədalət barəsində danışmağa haqqı yoxdur. Haqqı olması üçün, bu məsəsələrdən danışmaq, ümumiyyətlə bu nifrət, irqçilik ideologiyasından əl çəkməlidir".

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə