Zəfər paradı dünyaya bir mesaj verdi - ŞƏRH EDİLDİ

“Paradın mahiyyəti onun adından bəllidir. Bu parad zəfər, qələbə paradıdır. 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı azad etdik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.


Onun sözlərinə görə, Azərbaycan tərəfi 44 günlük müharibə ərzində ədalətli şəkildə müharibə apararaq qalib gəldi: “Zəfər paradı dünyaya bir mesaj verdi. Bütün dünya artıq başa düşdü ki, Azərbaycan tərəfi qalib tərəfdir. Zəfər paradında düşməndən əldə olunmuş qənimətlər, düşmənin məhv edilmiş hərbi texnikası nümayiş olundu. Bütün bunların hamısı bizim qalibiyyətimizin, zəfərimizin göstəricisi idi. Bu günə qədər bir çox paradlarımız olub. Amma Zəfər paradı tarixə qızıl hərflərlə yazıldı. İlk dəfə idi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Ordusu Zəfər paradı keçirirdi”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə