Prezidentin Soçi səfəri Gürcüstan mətbuatında

Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri və keçirdiyi görüşlər Gürcüstan KİV-nin diqqət mərkəzindədir.

SİA xəbər verir ki, Gürcüstanın “24news.ge”, “aktual.ge” və “interpress.ge” informasiya portalları, ictimai televiziyası (1tv.ge) Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş eləcə də, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş barədə ətraflı məlumat yayıblar.

Azərbaycan, gürcü və ingilis dillərində yayımlanan məlumatlarda həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə müzakirə olunan məsələlər, eləcə də Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin bəyanatı barədə oxuculara məlumat çatdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə