“Azərbaycan beynəlxalq arenada ən nüfuzlu dövlətlərdəndir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRİB
“Bu gün Azərbaycan beynəlxalq arenada ən nüfuzlu dövlətlərdən biridir”. Bu sözləri SİA-ya verdiyi açıqlqmasında Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman ölkəmizin milli maraqlarına dayanan müstəqil siyasət yürüdüb.
“Cənab Prezident İlham Əliyevin rəhbrəliyi ilə dövlətimiz beynəlxalq arenada milli marqlarını layiqincə müdafiə etməyə müvəffəq olub. Bu gün Azərbaycan post müharibə dönəmini yaşayır. Bu gün Azərbaycan cənab Prezdent İlham Əliyevin rəhbərliyi ilə erməni barbarları tərəfindən xarabalığa çevrilən ərazilərdə yenidənqurma işləri aparır. Azərbaycan Qarabağ zəfəri ilə regionda illərdir nüfuzlu ölkələrin təmin edə bilmədikləri sabitliyi bərqərar etməyə müvəffəq olub. Bu gün Azərbaycan regional əməkdaşlığı inkişaf etdirən bir sıra böyük layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu isə birmənalı olaraq dövlətimizin eləcə də beynəlxalq arenada ən nüfuzlu dövlətlərdən biri olmasının xəbərçisidir. Bu gün etibarlı tərəfdaş hesab edilən ölkəmizin xarici siyasətdəki nailiyyətləri, əlbəttə ki, qonşu ölkələrlə və dünyanın digər ölkələri ilə balanslı münasibətlərin qurulmasına öz tövhəsini verir”, deyə Əsli Kazımova bildirib.
ASRP sədri 2020-2021-ci illərdəki fəaliyyətin əsas istiqamətlərinə toxunaraq qeyd edib ki, post müharibə dövründə Azərbaycanın xarici siyasətinin prioritetlərinə ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, eləcə də Azərbaycanın təşəbbüsü və iştirakı ilə işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin davam etdirilməsi, bütün beynəlxalq subyektlər, o cümlədən dövlətlər, assosiasiyalar və beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əməkdaşlğın bundan sonra da inkişaf etdirilməsinin nəzərdə tutuduğunu şübhəsiz söyləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB