"Daxildə buraxılmış xırda bir səhv düşmənin əlinə çox böyük fürsətlər verə bilər" -SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Daxildə buraxılmış xırda bir səhv düşmənin əlinə çox böyük fürsətlər verə bilər" -SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Ermənistanın daimi olaraq Azərbaycana qarşı təxribatları olub. Çox təəssüf ki, ermənilər bu təxribatları həyata keçirirəkən Azərbaycan çoxsaylı ziyalısını itirib. Qarakənd səmasında baş verən vertolyot qəzası da məhz azərbaycanlı ziyalıların məhvinə yönəlmiş erməni terrprlarından biri idi". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O, qeyd edib ki, çox təəssüf ki, bu işin üstü indiyə qədər kifayət qədər açılmayıb. Günahkarlar öz cəzalarını almayıblar. Amma bu tarixi bir faktdır. Gələcək nəsillər erməni millətçilərinin, daşnaklarının Azərbaycan millətinə belə münasibətini həmişə xatırlayacaq.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Biz bundan dərs çıxarmalıyıq. Bu dərsdən biri də o olmalıdır ki, Azərbaycanda hakimiyyət uğrunda çarpışmalar həmişə düşmənin əlinə əsas verib ki, o daha da güclənsin və Azərbaycan üzərində öz hökmranlığını yeritməyə çalışsın. Hesab edirəm ki, torpaqlarımızın işğal edilməsi faktoru da Azərbaycanın daxilində baş verən çəkişmələrlə bağlı olub. Buna görə də, biz dərs çıxartmalı və daimi olaraq dövlətimizin milli birliyinə, həmrəyliyinə çalışmalıyıq. Xüsusilə, hazırkı dönəmdə bu çox vacibdir. Çünki Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi üçün böyük işlər görülür. Dağlıq Qarabağ problemi ilə bağlı sülh sazişinin hazırlanması üzərində işlər gedir. Biz, buna görə də, hazırkı milli birliyi qorumalıyıq ki, gələcəkdə də bu cür faciələrlə üzləşməyək. Daxildə buraxılmış xırda bir səhv düşmənin əlinə çox böyük fürsətlər verə bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə