YAP Goranboy rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü qeyd olunub
YAP Goranboy rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası qələbələrimizin mənbəyidir” mövzusunda konfrans keçirilib. Konfrans işinə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda YAP Goranboy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Elçin İsmayılov, Qarabağ müharibəsi əlilləri,veteranlar və şəhid ailələri ictimai birliyinin Goranboy şəhər şöbəsinin müdiri Orxan Əliyev, Qarabağ müharibəsi qazisi Vüqar Xəlilov, Aprel döyüşlərinin iştirakçısı İlham Əliyev Qaradağlı kənd tam orta məktəbin müəllimi Ülkər Hümbətova və digərləri çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və bugünkü uğurlarından danışmışlar.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB