“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı konfrans keçirilib - FOTOLAR

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı konfrans keçirilib - FOTOLAR

YAP Şəki şəhər təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu il dönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP Şəki şəhər təşkilatının rəhbərliyi və fəal üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbirdə çıxış edən YAP Şəki şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həsən Həsənov partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli yoldan bəhs edib.

Çıxışçılar Daşqın Mikayılov, Murad Qəhramanov, Qabil Qədimov və Kamil Məmmədov partiyanın yarandığı tarixdən bu günə qədər ötən dövr ərzində görülən işlərdən və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs ediblər.

Sonda Həsən Həsənov Ali Baş Komandan cənab Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz böyük zəfərdən, Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəldiyi vaxtdan indiyədək ölkəmizin inkişafında olan əvəzsiz rolundan danışıb, qarşıda duran vəzifələrdən və onların icrası istiqamətində görülməli olan vacib məqamlardan söz açıb.

yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə