Şahin Mustafayev iranlı nazirlə görüşüb

Şahin Mustafayev iranlı nazirlə görüşüb

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmirababdullahiyanla görüşüb.

SİA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ş.Mustafayev bu gün İranın neft naziri Cavad Oci və yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə də görüşüb.

İran mətbuatı Ş.Mustafayevin Tehrana səfərini geniş işıqlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə