“Bilirsiniz, mən şoka düşdüm..."

“...Şuşada sözün əsl mənasında gözlərim doldu”
“Bilirsiniz, mən şoka düşdüm..."

"Şuşada çox qısa müddətdə olduqca müsbət dəyişikliklər baş verdi ki, bu da Azərbaycanda qürur doğurur”.

Bunu Moskva Dövlət Universitetinin Fəlsəfə kafedrasının rəhbəri, fəlsəfə elmləri namizədi Yelena Brızqalina bildirib.

“Bilirsiniz, mən şoka düşdüm. Şuşada sözün əsl mənasında gözlərim doldu, gördüklərim humanitar fəlakət idi. Mən təhsil problemləri ilə, dəyərlər problemləri ilə məşğulam. Dəyərlər insan üçün ən vacib şeydir. İnsanları xalqa birləşdirən adət-ənənələr, tarix, din, əcdadların məzarları kimi dəyərlərə nə qədər zərbə vurduqlarını gördüm”, – Brızqalina etiraf edib.

O, Şuşada nəinki infrastrukturun bərpa olunduğunu və yenidən yaradıldığını, həm də Azərbaycan rəhbərliyinin şəhərin mədəni “ürəyi”nin, yəni abidələrin, muzeylərin, məbədlərin bərpasına böyük diqqət yetirdiyinə də diqqət çəkib.

“Xalqın yaddaşı təkcə maddi abidələr deyil, o, həm də onun tarixinə, həqiqətinə, ədalətin mühüm rol oynadığı dəyərlərə diqqətdir”, – Brızqalina deyib. Yelena Brızqalina Azərbaycanın qarşısına ərazilərin qısa müddətdə bərpası və inteqrasiyası üçün qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə