"Biz eyni köklə qidalanan ulu ağacın budaqlarıyıq" - ÇAVUŞOĞLU

"Biz eyni köklə qidalanan ulu ağacın budaqlarıyıq" - ÇAVUŞOĞLU

"Biz eyni köklə qidalanan bir ulu ağacın ayrı-ayrı budaqlarıyıq. Birliyimizi möhkəmləndirdiyimiz zaman daha da güclənəcəyik. Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Şurasının iclasında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxışı zamanı deyib.

Xarici işlər naziri iclasda çıxışı zamanı əhəmiyyətli mesajlar verib: "Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının 8-ci sammitində müşahidəçi qismində iştirak edən Türkmənistanın bu təşkilata tamhüquqlu üzvlüyündən sonra birliyimiz arzuolunan formanı alacaq".

Çavuşoğlu qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılacaq: "Türk dünyasının ortaq təşkilatı artıq bir qlobal mərkəzə çevrilib. Bu birliyin yaranmasında bütün Türk dövlətlərinin rolu var. Dəyişən dünyada bütün qaydalara uyğun olaraq biz də siyasətimizi yönəltməliyik. Eyni kökdən olduğumuzu unutmamalıyıq. Köklərimizi unutmadan birliyimizi, beynəlxalq arenada gücümüzü artıracağıq. Türk Dünyasının hədəfi 2040-cı ildir, təşkilatın gelecek perspektividir. Köklərimiz ortaq olduğu kimi, gələcəyimiz də ortaq olmalıdır. Türk Dövlətlərinin xarici işlər nazirləri həm regional, həm də beynəlxalq məsələləri birgə müzakirə etməlidirlər, hadisələr bizi deyil, biz hadisələri yönləndirməliyik və bunun üçün təcili qərarlar verməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə