“Görüşün keçirilməsi və nəticə Azərbaycanın maraqlarına xidmət edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Görüşün keçirilməsi və nəticə Azərbaycanın maraqlarına xidmət edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Son vaxtlar Cənubi Qafqaz regionunda baş verən proseslər, ələlxüsus Ermənistanın baş naziri tərəfindən Azərbaycanla bağlı münasibətlərin tənzimlənməsi, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı xoş mesajların çatdırılması artıq Ermənistan baş naziri, Azərbaycan Prezidenti və Rusiya Prezidentinin birgə görüşünün keçirilməsi zərurətini yaradıbdır. Buna bir ehtiyac yaranıbdır artıq.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq qeyd edib ki, həmin görüş yaxın günlərdə təbii ki, Rusiyanın bir daha təşkilatçılığı və iştirakçılığı ilə keçirilə bilər.

“Hesab edirəm ki, görüş zamanı Ermənistan və Azərbaycan tərəflərinin müzakirəyə çıxarmaq istədikləri məsələlər, mövzular müəyyən qədər üst-üstə düşsə də bəzi fərqli detallar da özünü göstərə bilər. Birincisi, mən hesab edirəm ki, Azərbaycan tərəfi bu görüş zamanı sərhədlərin delimitasiya və demarkasiya prosesinin həyata keçrilməsi məsələsini gündəmə gətirməyə və qarşılıqlı razılığın əldə olunmasına çalışacaq. Eyni zamanda 10 noyabr bəyənatında Azərbaycanın qərb rayonları ilə bölgəmizi birləşdirəcək komunikasiya əlaqələrinin, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan ərazisində praktik işlərin başlanması ilə əlaqədar məsələlərin müzakirə olunması ilə bağlı və Ermənistan tərəfindən bu istiqamətdə vədlərin alınmasına çalışa bilər. Üçüncüsü hesab edirəm ki, burada vacib məqamlardan biri, bizim üçün, Azərbaycan dövləti üçün çox vacib məqamlardan biri 10 noyabr bəyanatının dördüncü bəndində əksini tapan erməni silahlı birləşmələrinin tərkisilah edilərək Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması məsələsi müzakirə edilə bilər. Mən hesab edirəm ki, Ermənistan tərəfi də Azərbaycanın irəli sürəcəyi bir sıra məsələlərdə, xüsusilə, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı komunikasiya əlaqələrinin, eyni zamanda Ermənistan və Azərbaycan arasında müxtəlif istiqamətli, ələlxüsus da diplomatik münasibətlərin qurulması istiqamətində sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı işçi qruöun yaradılması ilə əlaqədar razılığa gələ bilər. Bu bu gün Ermənistanın da maraqlarına xidmət etdiyindən bu istiqamətdə hərhansı fikir ayrılıının, narazılığın olacağını ilkin olaraq düşünmürəm. Amma hesab edirəm ki, Ermənistan tərəfi yenə də 10 noyabr bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü dördüncü bənddən irəli gələn tələblərin yerinə yetirilməsi məsələsində müəyyən qədər məsələlərin uzadılmasına çalışacaqdır. Hesab edirəm ki, bu Ermənistan maraqlarına xidmət etməklə yanaşı həm də Rusiyanın maraqlarına xidmət etdiyi üçün, Rusiyanın Cənubi Qafqaz siyasətinə xidmət etdiyi üçün Rusiya da bu üçüncü şərtin, yəni erməni silahlı birləşmələrinin Qarabağ bölgəsindən tərksilah edilərək çıxarılması məsələsində çox ciddi dayanmaq istəməyəcək, təkid etməyəcək.

Mənə elə gəlir ki, bu görüş zamanı müəyyən irəliləyişlər, müəyyən nəticələr əldə oluna bilər və olunacaq da. Rusiya ciddi şəkildə həm də buna nail olmağa çalışır. Çünki, son dövrlər bəzi Qarbi Avropa paytaxtlarında xüsusilə də G20 sammitində ABŞ Prezidenti ilə Türkiyə Prezidenti arasında keçirilən görüşdə Cənubi Qafqazdakı məsələlərin, Qarabağ məsələsinin müzakirə edilməsi ilə bağlı etimalların səslənməsi və bir sıra Qərbi Avropa paytaxtlarında son dövr Cənubi Qafqazda baş verən proseslərə müdaxilə ilə bağlı fikirlərin səslənməsi Rusiyanın əməli addımlar atmaq və Cənubi Qafqazdakı prosesləri bir qədər irəlilətmək və növbəti mərhələyə keçirmək zərurəti qarşısında qoyubdur. Hesab edirəm ki, Rusiya tərəfi çox dəqiq təhlil edir və prosesləri qiymətləndirir ki, Ermənistan və Azərbaycan arasında münasibətlərdə növbəti mərhələyə keçid baş verməyəcəksə, liderlərin görüşündə müəyyən ciddi irəliləyişlər əldə olunmayacaqsa, kənar, əlavə qüvvələrin bu proseslərə müdaxilə etmək imkanları yaranacaq və Rusiya buna imkan verməmək üçün təbii ki, belə bir görüşün keçirilməsi və görüşdə müəyyən irəliləyişlərin, müəyyən müsbət nəticələrin əldə olunmasına çalışacaqdır. Hesab edirəm ki, belə bir görüşün keçirilməsi və əldə oluna biləcək istənilən nəticə Azərbaycan maraqlarına xidmət edəcək. Azərbaycan bu gün qalib və diqtə edən tərəfdir və ona görə də demək olar ki, Azərbaycanın maraqlarına zidd hərhansı bir məsələnin müzakirə olunması və hərhansı bir Azərbaycan maraqlarına zidd qərarların qəbul edilməsi praktik olaraq, həm də nəzərə olaraq mümkün deyil və hesab edirəm ki, görüşün keçirilməsi, əldə olunacaq razılıqlar həm Cənubi Qafqaz xalqlarının, eyni zamanda, xüsusilə də Azərbaycanın maraqqlarına xidmət edəcəkdir”, deyə Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə