YAP Qobustan rayon təşkilatının fəalları Nabur kəndində şəhidin məzarını ziyarət ediblər
Qobustan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan rayonu Nabur kəndindən şəhid olan “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Məmmədov Bəxtiyar Bayramşah oğlunun şəhadətinin ildönümü münasibətilə məzarını ziyarət etmişlər, şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxunmuşdur. Anım mərasimi ilə əlaqədar keçirilən tədbirdə şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılmışdır.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB