Metsamor morqunda hələ də meyitlər qalmaqdadır FOTO

Metsamor morqunda hələ də meyitlər qalmaqdadır FOTO

İkinci Qarabağ müharibəsinin başa çatmasından bir ilə yaxın vaxt ötsə də, Ermənistanın Metsamor qəbiristanlığının morqundakı soyuducularda müharibə vaxtı həlak olmuş 100-ə qədər erməni hərbçisinin meyitləri qalmaqda davam edir. SİA xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti bildirib.

Məlumatda qeyd olunur ki, həlak olmuş hərbçilər müəyyən edilmiş tanınma prosesindən sonra qeydə alınıblar və adları saxlanıldıqları polietilen torbaların üzərlərində yazılıb. Lakin onların valideynləri və qohumları meyitləri qəbul etmək istəmirlər. Belə ki, DNA analizlərinin nəticələrinə inanmadıqlarını bildirirlər.

“Baxmayaraq ki, artıq bütün meyitlər tanınıblar və onların valideynlərinə məhkəmə-ekspertizanın nəticələri barədə məlumatlar verilib, onlar meyitləri götürməkdən imtina edirlər və başqa sübutları gözləyirlər”, məhkəmə-tibbi elmi-praktiki şöbənin rəisi Sergey Abramyan deyib.

Məqalədə bildirilir ki, Metsamor morqunda müxtəlif səbəblərə görə indentifikasiya olunmamış yalnız bir neçə meyit qalıb. Onlar əsasən, minaların güclü partlayışı nəticəsində tanınmaz hala düşən meyitlərdir. Bəzi meyitlərin sahibləri öz övladlarının ölümlərinə inanmaq istəmirlər, ona görə də DNA analizlərini verməkdən imtina edirlər. Bir çoxları isə qan analizini ona görə vermirlər ki, onlar övladlarının həlak olmamalarına inanırlar, yaxud itkin düşdüklərini sanırlar.

Qeyd edək ki, bir neçə ay əvvəl Ermənistanın səhiyyə naziri Anait Avanesyan bəyan etmişdi ki, əgər meyitlər yaxınları tərəfindən Metsamor morqundan götürülməzsə, hökumət onların valideynlərinin razılığı olmadan dəfn prosesini həyata keçirəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə