"G-20 ölkələrinin Roma sammitindən əvvəl prezidentlərin görüşü vacibdir" - DEPUTAT MÖVQE BİLDİRDİ
"Ərdoğan bu gün Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışında iştirak etdi. Hava Limanı çox qısa zamanda yüksək keyifiyyətlə Türkiyə şirkəti tərəfindən inşa edilib. Bu, olduqca vacib infrastruktur obyektidir. Gözlənilir ki, bundan başqa bir neçə böyük infrastruktur layihələrini Türkiyə şirkətləri həyata keçirəcək". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Füzulidən Şuşaya kimi çox vacib, geniş yol inşa olunur. Murovdan keçən tunelin inşası ilə də türk şirkəti məşğul olur. Onun da həm iqtisadi, həm strateji əhəmiyyəti böyükdür. Zəngilanda da türk şirkətlərin bilavasitə iştirakı ilə aeroport və aqropark layihələri həyata keçirilməlidir. Türk şirkətləri azad olunmuş ərazilərdə təbii ki, ehtiyataların istifadə olunması ilə bağlı layihələri də həyata keçirəcək. Bu mis, qızıl mədənləri ilə bağlı layihələrdir. Türkiyə şirkətlərinin bu sahədə texniki imkanları və təcrübələri var. Onu diqqətə çatdırmaq istərdim ki, bu böyük iqtisadi layihələr ilə yanaşı, eyni zamanda hərbi strateji əhəmiyyət daşıyan layihələri də var.
Rasim Musabəyov bu barədə fikirlərini belə izah edib: "Nəzərə alınsa ki, Azərbaycan və Türkiyə sıx hərbi müttəfiqdirlər. Təbii ki, Türkiyənin də bu layihələrdə böyük marağı var. Eyni zamanda gözlənilir ki, ayın axırında G-20 ölkələrinin Romada sammiti olacaq. Türkiyə Prezidenti burada iştirak edəcək. Təbii ki, bu sammit ərəfəsində nəzərə alınsa ki, orada bölgə ilə bağlı məsələlər də müzakirə oluna bilər. Əlaxüsus, məsələ təkcə Qarabağ savaşından getmir, eyni zamanda İran məsələsi gündəlikdədir. Azərbaycan da İranla bilavasitə həmsərhəd ölkədir. Təbii ki, Azərbaycan Prezidentinin bu məsələlərlə bağlı baxışları və götür-qoy etməsi Türkiyə Prezidenti üçün vacibdir.
Nəhayət 12 noyabrda İstanbulda Türk dövlətlərinin sammiti gözlənilir. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə cütlüyü, o cümlədən digər türk dövlətlərinin inteqrasiyasında əsas dövlətlər kimi çıxış edirlər, inteqrasiya məsələsi də götür-qoy edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB