Samuxda şəhid Bayram Məmmədovun ildönümü qeyd olunub ANIM

Samux rayonu Qarayeri qəsəbəsində 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik mərtəbəsinə yüksəlmiş Məmmədov Bayram Elnur oğlunun ildönümü qeyd olunub. Mərasimdə Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub. Mərasimdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Şəhidimizin yaxınları Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüşlərdə şəhid olan Bayram Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə