“Böyük Qayıdış” layihəsi sürətlə həyata keçiriləcək” - DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezident və Mehriban xanım “Böyük Qayıdış” layihəsinin hər addımını diqqətlə izləyirlər". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bərpa olunacaq şəhərlərin, kəndlərin planları, onların məhz yeni, müasir sistem kimi formalaşması, infrastruktur, yollar, qısa müddətdə inşa olunan Füzuli aeroportu, bütün bunlar hamısı məhz detallara qədər diqqətin təzahürüdür.

“Bütün tədbirlər bir daha inam verir ki, “Böyük Qayıdış” layihəsi sürətlə həyata keçiriləcək, yüz minlərlə vətəndaşlarımız öz torpaqlarına qayıdacaq. Qarabağ nümunəvi bir sistem kimi dünyada böyük diqqət cəlb edəcək. Bu, gələcəkdə Azərbaycanın iqtisadiyyatının inkişafına, Azərbaycanda zəruri islahatların digər bölgələrdə keçirilməsi üçün böyük bir təcrübə olacaq”, deyə millət vəkili Asim Mollazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...