"Bir səhv hərəkət ikinci bir səhv hərəkəti də mütləq doğuracaq" - SƏDR MÜAVİNİ AÇIQLAMA VERDİ

"Ermənilərin Azərbaycan ərazilərində qanunsuz olaraq yaşamaları onların yeni bir qanunsuzluğunun bariz nümunəsidir. Çünki bir səhv hərəkət ikinci bir səhv hərəkəti də mütləq doğuracaq". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, bu baxımdan ermənilərin hazırda Azərbaycan torpaqlarında sərbəst şəkildə yaşamasını və cinayət əməlləri ilə məşğul olmasını bağışlaya bilmərik.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Təbii ki, erməniləri ruhlandıran və onların arxasında duran qüvvələr var. Xüsusilə Rusiya bu məsələyə cavabdehdir. Çünki Rusiya sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanılması və prosesin sülhə doğru getməsindən məsuldur. Amma indiki halda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən Azərbaycan ordusunun bölmələrinin atəşə məruz qalması, o deməkdir ki, Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi ondan ibarətdir ki, ermənilər yəqin buna əmindir ki, Azərbaycan tərəfi ciddi müqavimət göstərib cavab verməyəcək. Düşünürəm ki, ermənilərin bu cür addımları heç də onlar üçün yaxşı nəticələr doğurmaya bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...