Angela Merkel sabah Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel sabah Türkiyəyə səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfər onun dünyanın müxtəlif ölkələrinə həyata keçirdiyi vida ziyarətləri çərçivəsində baş tutacaq.

A.Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Libiya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə