“Mübarizə daha da genişlənməlidir” POLİTOLOQDAN SƏRT TƏPKİ

“Mübarizə daha da genişlənməlidir” POLİTOLOQDAN SƏRT TƏPKİ

Cənab Prezident yeni icra başçılarının təyinatı zamanı ona ehyam vurur ki, ölkədə rüşvətxorluq, korrupsiya həlları çox təəssüf ki, hələ də var və bunun qarşısı alınmalıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, rüşvət və korrupsiya tək Azərbaycan deyil, istənilən dövləti içəridən dağıdan, cəmiyyəti, insanları narazı salan amillərdir.

“Harada ki, korrupsiya və rüşvət geniş miqyasdadır, orada dövlət quruculuğuna da böyük zərbələr dəyir, insanlarda inamsızlıq yaranır dövlət institutlarına qarşı. Ona görə də bu mübarizə aparılmalıdır və çox təəssüf ki, bir çox hallarda bölgələrə təyin olunan məmurlar üzərlərinə düşənləri etmirlər, birinci gündən vəsait, pul toplamaqla, insanları incik salmaqla məşğul olurlar.
Çox təəssüf ki, olduqca az bölgə var ki, orada insanların problemlərinə diqqətlə yanaşılır, məsələləri həll olunur. Bir çox yerdə yenə də şəxsi maraqlar dövlət və cəmiyyət maraqlarına üstün gəlir. Ona görə də dövlət başçısı bir daha xəbərdar edir ki, bu hallar təkrarlanmasın. Amma, çox təəssüflər olsun ki, belə hallar baş verir və bu mübarizə daha da genişlənməlidir. Əks halda, həqiqətən dövlət və cəmiyyət arasında uçurum yarana bilər”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə