"Tikinti layihələrin həyata keçməsi asanlaşacaq" - POLİTOLOQ AÇIQLADI

"Tikinti layihələrin həyata keçməsi asanlaşacaq" - POLİTOLOQ AÇIQLADI

"Ümumiyyətlə, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə infrastruktur və tikinti işləri həyata keçirir. Azad olunmuş ərazilərdə təkcə, əhalinin yerləşdirilməsi deyil, Azərbaycanın regional mövqeyinin güclənməsi də yeni bir fəaliyyət sahəsidir. Müasir Füzuli aeroportundan hərbi-siyasi məqsədlər üçün istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bəzi maraqlar problem olaraq qalır. Erməni silahlı dəstələri hələ də Qarabağda Rusiyanın məsuliyyəti altında olan ərazilərdən çıxarılmayıb.

Füzuli aeroportunun önəmi haqqında Məhəmməd Əsədullazadə fikrini belə izah edib: "Həmçinin, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, bu ərazilərdə aviareyslərin həyata keçirilməsi bir daha Qarabağ zonasını beynəlxalq aləmin subyektinə çevirəcək. Hərbi məqsədlər üçün Füzuli aeroportunun çox böyük loqistik əhəmiyyəti var. Buna görə də Azərbaycan tez bir zamanda belə bir aeroport layihəsini həyata keçirdi. Düşünürəm ki, Füzuli aeroportundan bir sıra uçuşlar, həmçinin, Azərbaycana tərəfdaş olan Qarabağda infrastruktur layihələrində çalışan ölkələrin yük təyyarələrinin Füzuli aeroportuna uçuşları baş tutacaq. Bununla da, tez bir zamanda tikinti layihələrin həyata keçməsi asanlaşacaq. Azərbaycanın regional mövqeyinin güclənməsində Füzuli aeroportunun hərbi, iqtisadi, siyasi önəmi olduqca böyükdür".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə