Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan atletimizi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan atletimizi təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarında milli yığmamızın qızıl medal qazanan atleti Həmid Heydərini təbrik edib.
SİA xəbər paylaşım təqdim edir: “Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!”.

Bütün xəbərlər Facebook səhifəmizdə