İşğaldan azad olunan ərazilərdə irimiqyaslı layihələrin icrası Böyük Qayıdışın təntənəsidir ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfəri zamanı erməni faşistlərinin törətdiyi vəhşiliklərlə tanış olur, öz tapşırıq və göstərişlərini verir. Xatırladaq ki, Cənab Prezidentin ilk səfəri ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında oldu və dövlət başçısı tərəfindən Füzuli-Şuşa avtomobil yolunun təməli də qoyuldu. Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi. Dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları qeyd olunmalıdır.
Belə ki, dövlət başçısı Zəngilanda, Füzulidə beynəlxalq hava limanlarının təməlini qoymuşdu və bu hava limanları bütün növ təyyarələri, o cümlədən, ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. Ağdam, Şuşa, Zəngilan kimi işğaldan azad olunun ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Bildiyimiz kimi, görülən işlərin davamı olaraq avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı isə Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu. Bu ərazilərdə tezliklə beynəlxalq hava limanları istifadəyə veriləcək ki, bu da bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Əlbəttə ki, belə irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.
Cənab Prezident çıxışında vurğuladığı kimi, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. "Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq", - deyən Prezident bildirib ki, bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir: "Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək".
"KƏLBƏCƏRİN İŞĞALA MƏRUZ QALMASI SATQIN AXC-MÜSAVAT HAKİMİYYƏTİNİN ƏMƏLLƏRİDİR"
Bildiyimiz kimi, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Müstəqilliyimizin ilk illəri hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir zamanda, Azərbaycanın 20 faiz torpaqları işğal altına düşdü. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində baş verdi.
Cənab Prezident çıxışında bildirdiyi kimi, Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir: "Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir".
İşğalçı və təcavüzkar Ermənistan üzərində bu böyük tarixi qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin düşünülmüş, ardıcıl və məntiqi siyasəti, hərbi bacarığı, məharəti həlledici rol oynadı. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Vətən müharibəsində baş verən hadisələr, aparılan uğurlu hərbi əməliyyatlar, eyni zamanda, Ermənistanın Azərbaycanın dinc mülki əhalisini terrora məruz qoyması konkret faktlarla dünya ictimaiyyətinə çatdırıldı. 30-dan artıq dünya KİV-lərinə müsahibələrində Cənab Prezidentin siyasi hazırlığı, məntiqi düşüncəsi, əsas hədəfə istiqamətlənmiş açıqlamalar diqqəti çəkdi. Cənab İlham Əliyev informasiya mübarizəsinin də qalibi oldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, siyasi həmrəylik düşmən üzərində tam və qəti qələbənin təmin edilməsində əhəmiyyətlidir.
Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə start verib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Prezident İlham Əliyev səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməli qoyulub. Bu 30 il ərizində Ermənistan işğal etdiyi ərazilərin bütün infrasturkurunu, maddi-mədəniyyət abidələrimizi dağıtmış, bu ərazilərdəki meşələrimizi yandırmış, məhv etmişdir. Dövlət başçısı çıxışında bildirdiyi kimi, bizim "Azərkosmos"un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir: "Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni, kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə, orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər". Eləcə də, çaylarımızı zəhərləyiblər. Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan olan Oxçuçay o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənib və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün oduqca təhlükəlidir. Cənab Prezident "Oxçuçay təbii fəlakətdir", - deyə bildirmişdir.Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı qeyd etdiyimiz bu və ya digər layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə tezliklə müasir infrasturuktur yaradılacaq və yeni həyat başlayacaq.
Habil QURBANOV
YAP Zaqatala rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB