Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur
Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.
Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB