"Əgər Ermənistan bunu könüllü etməzsə, dəmir yumruq yerindədir" SİYASİ ŞƏRHÇİ AÇIQLADI
"Ermənistan, ümumiyyətlə, bütün proses boyu cığallıq edir. Ermənistan uduzub, əlbəttə, bu məğlubiyyəti həzm edə bilmir. İstər daxili ictimai rəydə, istərsə də qlobal səviyyədə Ermənistan məğlubiyyəti ilə barışdığını göstərə bilmir. Ona görə də, müxtəlif üsullara əl ataraq ayaqda olduğunu, güclü olduğunu, hələ yenilmədiyini, yıxılmadığını, yorulmadığını göstərməyə çalışır. Buna görə də, Zəngəzur dəhlizi ilə bağlı bu cür cığallığa yol verir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Azər Həsrət Ermənistanın təxribat xarakterli hərəkətlərinə toxunaraq deyib: "Son zamanlar Ermənistan-Azərbaycan sərhədində atəşkəsi pozma halları intensivləşib. Bir qayda olaraq düşmən atəşkəsi pozur və bizim ordumuz da həmin nöqtələrə cavab atəşi açır və susdurur. Ermənistan bununla dünyaya göstərmək istəyir ki, guya ayaqdadırlar. Bu baxımdan da Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin yubadılması ilə bağlı atılan addımları dəyərləndirə bilərik. Yəni Ermənistan bir növ burada söz sahibi mənəm, mənim razılığım olmadan heç bir təşəbbüs keçərli deyil deyə bir göstəriş nümayiş etdirməkdədir".
Ermənistanın bu hərəkətləri boşdur. Çünki cənab prezident öz qətiyyətli mövqeyini ortaya qoyub. Bununla bağlı siyasi şərhçi fikirlərini belə izah edib: "Amma biz də xatırlatmalıyıq ki, Azərbaycan Respublikasının prezdenti müzəffər Ali Baş Komandan İlham Əliyev 10 noyabr imzalanan bəyanatın ardından da demişdir: "Zəngəzur dəhlizi məsələsini layihəyə, bəyanata mən əlavə etmişəm, əvvəl bu olmayıb". Sonrakı çıxışlarında da dəfələrlə, cənab prezident qeyd edib: "Biz o bəyanatın bütün maddələrinin həyata keçməsinə nail olacağıq. Əgər Ermənistan bunu könüllü etməzsə, dəmir yumruq yerindədir". Mənə elə gəlir ki, Ermənistan bundan nəticə çıxarmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB