Türkiyə miqrantlar barədə nə edəcək?

Uzun müddətdir ki, Türkiyəyə həm iqtisadi, həm də sosial çətinliklər yaradan miqrant axınları dayanmaq bilmir. Digər tərəfdən bu mövzuda təzadlara düşmək də məsələni çətinləşdirir. Məsələn, müəyyən bir kütlə miqrantlara din qardaşları kimi qucaq açırsa, digərləri onlara qarşı irqçilik edə bilir. Bu məqamda məqsədyönlü addım atmaq üçün mütləq ortaq fikir tapılmalıdır. Ağ ilə qara arasında mütləq ki, boz var. Deməli fərqli sosial zümrələrin düşüncəsi və problemləri nəzərə alınaraq addım atmaq lazımdır.

Məsələn suriyalı qaçqınların Türkiyədə çoxalması ölkədə ucuz işçi qüvvəsi yaradır. Bu kapitalistlərin xeyirinə olsa da türk gənclər üçün işsizlik deməkdir. Digər bir problem isə ölkədəki cinayət sayının kəskin şəkildə artımıdır. Milyonlarla suriyalı qaçqına nəzarət etmək bu cəhətdən də mümkünsüz görünür. Nəzərə alaq ki, sadaladıqlarımız sadəcə qabaran problemlərdir.

Beləliklə görünən odur ki, Türkiyə tezliklə miqrantlara qarşı bir tədbir görməsə narazı kütlələrin sayı artmaqda davam edəcək. Digər bir çətin məsələ isə Türkiyənin ac və işsiz miqrantları dolandırmaq üçün növbəti addımlarıdır. Belə ki, hər humanist addımda narazılıqlar artır. Başqa bir tərəfdən isə atılmayan hər addıma görə yenə də Türkiyə tənqid olunur. Tənqid edən isə sərt anti-miqrant qaydaları tətbiq edən qərbdir. Beləlik kifayət qədər tənqid və təyziqlərə məruz qalacaq Türkiyənin, bunlara baxmayaraq düşünülmüş siyasi gedişatlar edəcəyi gözlənilir.

Bu yaxınlarda bir qrup suriyalı miqrant əllərində plakatlarla etiraz aksiyası keçirirdilər. Onların plakatlarında isə belə yazılmışdı “Türkiyədə əfqan miqrant istəmirik”. Bu isə miqrantların bəzən nə dərəcədə hayasız olduğunu göstərir. Belə yerdə ağılı bir deyim gəlir “Qonaq, qonaq istəməz, ev sahibi hər ikisini”. Deyimdə də olduğu kimi “Qonaq”. Gəlin düşünək ki, onlar həqiqətənmi qonaqdırlar? Hər halda onları vətəninə qaytarmaq da Türkiyənin üzərinə düşür. Bəlkə də suriyalıların “Türkiyədə əfqan miqrant istəmirik” plakatı bir işarə ola bilər. Türkiyə əgər Əfqanıstandakı vəziyyəti stabil saxlaya bilməsə, əfqanların da gedəcəyi ən rahat guşə şübhəsiz ki, Türkiyə olacaqdır. Belə olduqda isə Türkiyə daxilində Əfqanıstan-Suriya qarşıdurmaları görmək o qədər də təəccüblü olmayacaq. Hər halda qardaş ölkənin problemi çox qəliz və məsuliyyətlidir. Amma unutmaq lazım deyil ki, Tanrı dərd verəndə dərman da verir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə